Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:32

İsa Hüseynov. CƏHƏNNƏM (5)


Əvvəli

Bünyad bəy sakitcə dedi:

- Sənə, şübhəsiz, bu da məlumdu ki, iyirminci ilin yazında Hərbi Komissar Əliheydər Qarayev çağırdı məni, uzun bir söhbət başladı: "Doktor On birinci ordunu Türk ordusuna döndərir.1 General Şıxlınski ilə general Mehmandarovu güllələməli idik biz. Əlimizdən aldı, ikisini də, guya Leninin sərəncamına göndərir. Əslində danışıblar ki, Ermənistanı almalıdılar, ordakı köhnə Türk ərazisini bərpa eləyib Türkiyə ilə birləşməlidirlər. Başını burda islat, Tiflisdə qırxdır. Şəxsən Ayolloya çatdır ki, Omar ağanın oğulları PirVəli ilə Hüseyn, məmməd Xozeyinin mədənindədirlər. Səs yayıblar ki, Hüseynin toyuna hazırlaşıblar, guya toya hazırlıq üçün PirVəli TürMən yatağında qoyun sürülərini atıb gəlib. Hüseynin özü ilə birlikdə fəhləlik eləyir, pul qazanır. Bu nə deməkdi?! Türmən yatağındakı sürülərdən on-on beş qoyunu Qazağın Maltəpəsi bazarına çıxarıb Qazaxdaca qazanmaq olmazdı pulu?! Qoyun heç. Maarif komissarının finansisti Mahmud Yolçiyev yəni belə kasıb düşüb ki, bir toyun xərcini çəkə bilmir? Nərimanov cənab Tağıyevə xüsusi malikanə verib, var-dövləti də içində. Məmməd xozeyinin Sabunçudakı malikanəsi də hələ öz ixtiyarındadı. Sual olunur, milyonerlə oturub-duran Mahmud ağa başına and içdiyi dayısının mötəbər sərkər çoban oğlu PirVəlini Türmən yatağının gül-çiçəyi içindən gətirib mazuta basır?! İş çox ciddidi, Bünyad bəy”. Hərbi komissar az savadlı idi. Nərimanov onu heç cür başa sala bilmirdi ki, "Sən Yəhudi" - EyOd OdƏrilə "tərik" - "türk" EvƏrEy OdƏrinin arasında heç bir fərq yoxdu. Ayrı-seçkilik salma! Bədbəxtlik olar, xalqımız parçalanar. Komissar isə elə hey deyirdi: "Yəhudi" - Yəhudidi, Türk - Türkdü, vəssalam! Mənə dedi: "Necə deyirəm, o cür, başını burda islat, Tiflisdə qırxdır. Yaz, Ayollunu başa sal ki, Lenin Mustafa Kamal Paşanı1 əbəs hazırlamayıb Budyonnunun, Voroşilovun ştablarında. General Şıxlınski ilə general Mehmandarov "leninin sərəncamına" nə məqsədlə göndərilirsə, xəncərindən qan daman PirVəli ilə qardaşı Hüseyn də o məqsədlə "fəhləlik eləyirlər". Omar ağanın Hüseyndən də betər "İşıq saçan" oğlu İsa əfəndi Qazağa əbəs yerə voyenkom göndərilməyib. Türk zabitlərini biz əlbəəl gəzirik ki, divara söykəyək. Türk İsa əfəndi voyenni komissar ƏliHeydər Qarayevin2 voyenkomu olub Qazaxda! Nəinki divara söykəyə bilmirik, heç yaxınlaşmağa da cürətimiz çatmır!.. Nə deyirəm hamısını yaz çatdır, Bünyad bəy, PirVəli! Hüseyn! Bunların müşayiətçisi Musa Salahlı kənd sakini, İsa əfəndi ilə yavəri Mikayıl. Bu beş nəfərin beşi də aradan götürülməlidir ki, Ata Türklə gizlin əlaqələr kəsilsin".

Əliheydər Qarayevlə o söhbətdən sonra məni dərd götürmüşdü. Omar ağanın iki oğlunu o cür öldürmüşdüm. İsa əfəndinin də ölümə məhkumluğunu başa düşəndə Omar ağanın kiçik oğlu-doqquz yaşlı Mustafa gəldi durdu gözümün qabağında. O cür ailədən bir uşaq qalırdı, bir də ki, Omar ağa özü. Demişdim: "Cənab qarayev, qansız keçinmək olmazmı?!”

Səməd dedi:

- Yenə əbəs yerə tülkülük eləmə, ey qaniçən! İyirminci ildə artıq xəstə idin: qan tökməyəndə gözünə yuxu getmirdi! Fransız ədibi Emil Zolyanın "Vəhşi insan" romanının qəhrəmanı kimi evlərin daldalarında dayanıb cibində bıçaq, boğula-boğula gözləyirdin ki, qan axıdasan! Türk Qanı!

Bünyad bəy bir xeyli susdu. Sonra düşüncəli:

- İnsan insanın fikrini oxumamalıdı! Bağlarınızın bu içadı heyvanlıqdan da betərdi! - dedi və cavabında səməddən kəşfə bənzər bir ifadə eşitdi:

- Sən bütün bəşəriyyətin düşmənisən, Bünyad bəy! De görüm, Əliheydər elə ciddi tapşırığı kimdən almışdı?

Bəy dedi:

- Satalin zəng vurmuşdu.

- Bəs Stalinə o məlumatı kim vermişdi, Bəy? Sən Stalinə depeş göndərmişdin, Stalin isə Əliheydərə və Ayolloya! Bu heç. De görüm. Bolşevik Stalinin menşevik Ayolloya direktiv göndərməyində nə sirr var?

Bəy dedi:

- Stalin heç vaxt bolşevik olmayıb!

- Hə? Bəs kim olub?

Bünyad bəy:

- Qrek olub, Anti Türk Stalin Qrek idi. Anti Rus, anti Alman, Anti Yevrey Stalin! Sən ki, bilirsən bunu. Niyə soruşursan?!

Səməd başqa sual Verdi:

- Sverdlov kim idi milliyyətcə?Bünyad bəy dedi:

- Yakov Sverdlov Rus Yevreyi idi:

- Bağdaydan, ƏrÜz OdƏrliyindən xəbəri vardımı?

- Bilirdi.

- Hardan?

- Mən yazmışdım. Lenin Nərimanovla təkbətək görüşüb demişdi ki, Stalinin Bakıdakı "Molla"sı Bünyad bəy, Komissarların çoxuna, o cümlədən Sverdlova yazıb: "Bağday - Midiya" tarixinə dair heç nə oxumayın və Nərimanovun o tarix barədə söhbətlərinə uymayın. Çünki "Midiya"nın ərazisi Olam (Olimp) adlanan ərazidən, Türkiyə də daxil olmaqla Sibirə qədər uzanır və etnik cəhətdən indi artıq başqalaşıb. Əgər Lenin Nərimanovun "Lenin və Şərq", "Şərqə hansı şüarlarla gedirik?" kitablarından taktiki nəticələr çıxartsa, Türk əhalisi Rusiyanın Yevrey əhalisindən dəfələrlə çox olar və bu, əlbəttə, bizi məhv edər"... Mənim bu məktubum Nərimanovla bərabər Leninin özünü də gözdən salmışdı. "Soratnik Lenina" Sverdlov əslində Stalinə işləyirdi.

Qara şəhərdə özünün xüsusi müalicəxanası vardı Nərimanın. Həm də o müalicəxananın yanındakı gimnaziyada dərs deyirdi. Omar ağanın iki oğlunu, sonralar İsa əfəndi adı ilə Şəkər bəyin qalasında Osmanlı qoşunu ilə bir yerdə ölümə məhkum etdiyim Musanı ilk dəfə o gimnaziyada tanıdım.

Görüşəndə arkadaşım Doktoru qucaqlayardım həmişə, Musası ilə bir yerdə bağrıma basırdım. İsa ilə Musanın arkadaşı Müşfiqlə qədəh döyüşdürürdüm.

On dördüncü ilin yayından qoşuldum o cavanlara, əvvəlcə Göyçəyə Müşfiqin saz, söz ustadı Aşıq Ələsgərə, sonra Göy Qılınc yaylağına, Omar ağanın - EvƏr AğEyin özünün binəsinə qonaq getdim. Stalinin direktivası, Mikoyanın tapşırığı ilə Osmanlı qoşununu qıranda Omar ağanın ailə üzvü kimi bir şey idi bu Yevrey!

Nər budlu, at ağızlı igid hacı Əli cumadan öləcəyini əvvəlcədən billə-bilə qaladan Musanı qucağında çıxartdı, gətirdi evə, Arvad - uşağı evdən qovub, tək özü üç gün qardaşına qulluq elədi.

Cuma dəhşətli ağrılı olur, ay sadist. Musa ağrıdan qıvrıldıqca Hacı qardaşını bağrına basırdı.

Səməd dedi:

- Bax, o ağrını da çəkəcəksən, ey "ins"anlıqdan da məhrum bədbəxt. Danış!

Bəy kənardan - kənara Səmədin üzünün ifadəsini görməyə çalışdı.

- Heç cür inanmıram ki, Sultan Əmirli kimi SafAğ Aliminin tərbiyəsini alan adam mənə bu dərəcədə işgəncə versin. Qalanı danışıram.

Musa Qara şəhərdəki o hərbi gimnaziyanın son kursundan çıxmışdı. Çünki cismən zəif idi. Əmma zərif yazıçı Nərimandan dərs alan zərif ziyalı idi. Bilirdi ki, hacı Əli özünü qurban verir qaldaşına. Təsəvvür elə, gör o iyirmi yaşlı zərif ziyalı BağSarın - Musa ağanın adını daşıyan o həssas oğlan nələr çəkib! Mən bilirəm bunu!

Səməd dedi:

- Bir sual da var, de görüm, fəlakətin tarixini incəliyinə qədər bilən adam səni danışmağa vadar edirsə, səncə nə deməkdir bu, Bəy!

- Nərimanov da bilirdi, amma o da danışdırırdı məni.

Dedi: "Harda təhsil aldığını, Bakıya nə üçün göndərildiyini bilirəm. Əmma bu "mollaça"nın istedadı məni əsir eləyib. Bizim arkadaşlarla sıx ünsiyyətdə olsan, millətin xeyrinə işlərsən, çox xeyir verə bilərsən". O qədər demokratik, insanpərvər adamdı ki, doktor, özümdən asılı olmadan, gülüb, açıq-açığına dedim: "Peterburq məndən hər altı aydan bir hesabat istəyəcək ki, neçə sosialist öldürmüsən, neçə türk "verbovat" eləmisən, nə kimi perspektiv planlar cızmısan". Bu cavabdehliyin altından necə çıxım, cənab doktor?!" Dedi: "Peterburqa, departamentə hesabatlarınla yanaşı, hətta çarın özünə elə məktublar tərtib edərik ki, hamısına inanar". Dedim: "məsələn?!” Dedi: "Firqəmizin kassasından pulla yanaşı, Odessa sosialistlərindən bir admirala məktub verərəm çara, məktubunda yazarsan ki, Bakıda sosialist firqəsi "Hummət"in rəhbəri Nərimanovun etibarını qazanıb, onun Odessadakı dostları ilə tanış oldum, ən fəal dənizçi sosialistlərdən filan-filan adamların da güllələnməsini təşkil etdim. O adamlar doğrudan da güllələniblər, əmma çarın şəxsən məlumatı yoxdu. Qisası, getdim...

- Cinayətlərindən danışmalısan, konkret olaraq, - deyib səməd yenə əvvəlki sərbəstliklə bəyi öz fəaliyyət sferasına qaytardı. - getdin, yayın qızmarında lüt soyunub özünü verdin plyajda ofisiantkaların arasına, İra adlı on yeddi yaşlı gözəli quma başdırıb zorladın, verbovat eləyib, özünlə Bakıya apardın. Həmin 1906-cı ilin payızında "Hümmət"in yeməkxanasında ofisiant düzəltdiyin o bədbəxt İranın əli ilə neçə "Hümmət"çini zəhərlədin, ay zəhər Yevrey?!

Bəy başını sinəsinə əydi.

- Səndən heç nə gizlətmək olmaz. Əmma... niyə qoymursan özüm danı¬şam?

Səmədin səsinin sakitliyində boğuq qəzəb vardı:

- O cinayətləri, axırda nəhayət, İranı boğub dənizə atdığını mənim səsim danışacaq, işgəncədən it kimi ulayacaqsan, ay it!

Danış!

- Nəyi?

- Nərimanovun dərs dediyi qubernskaya voyennaya gimnaziyada nələr elədin?

Danış!

Bəy fışıltı ilə köksünü ötürüb, hətta:

- Baş üstə, - dedi.

Əmma Səməd yenə başqa sual verdi:

- Dzerjinski kim idi, ona da yazmışdın?

- Ondan qorxurdum, yazmamışdım. Feliks Dzerjinski Polyak Yevreyi idi.

səməd gülümsündü:

- türk Lenin niyə Yevreylərlə işəyirdi, Bəy?

Bünyad bəy üz-gözünü qırışdırdı:

- "Tatar Lenin" desən münasib olar.

Səməd dedi:

- Farsla Yəhudi arssında çaşqın Bünyad bəylə, Yəhudi Əliheydərlə qrek Stalinin milli mənsubiyyəti arasında fərq yoxdursa, Tatar Lenini Türk Lenindən, türk Lenini EvƏrEy Lenindən niyə ayırırsan?!

Bünyad bəy tam səmimi:

- Ürəyim götürmür, ay sadist! - dedi. - sənə də, mənə də aydındı ki, qədimdə əslində Qreklər də OdƏr olublar, GurAğ OdƏrləri adlanıblar. Əmma nə Stalinin özünün ürəyi götürürdü bunu, nə də mənim. Görüşəndə deyirdi: "Ne napominay mne, çto mı oba nesçastniye! Protiv sobstvennoqo natsiya rabotayem. Ya teper poçti zabıl drevnuyu istoriyu. Zabud qrekov. İnaçe prosto ubyu".

Başa düşmürəm, bunların nə dəxli var sizin fəlakətin tarixinə!

Səməd dedi:

- Sənin komissarlara o məktublarında yazılmayıbmı bu tarixin ən fəciəli səhifələri?! Nərimanovdan danış!

Bünyad bəy əllərini böyürlərinə çırpdı.



- Ya rəbbi, özün qutrar məni bu Dəlinin əlindən!

Səməd dedi:

- Yaxşı, de görüm, iyirmi beşinci ildə Stalinlə ətrafındakı Qrek casuslarından başqa, Sovnarkomdakı, MK-dakı Yevreylərin hamısı niyə məhz Nərimanı seçirdilər Leninin yerinə?!

Deyə bilməzsən! Dinlə!

Nəriman eynilə bizim indiki AdıPünhan Muğannamız kimi "Bibliya"nı açıb qoyurdu Yevreylərinin qabağına, deyirdi oxuyun: "Boq". Soverşenno bessmıslennoe slovo. Krome xaotiçnoqo znaçeniya, nikakoqo smısla net v etom slove. Verno?! Deyirdilər: "Verno". Soruşurdu: "A slovo Bağ imeyet smisl?" Sonra başlayırdı izah eləməyə ki, bağ insanı insana bağlayan bağdır, "Svyazıvaet çeloveka s çelovekom i çeloveçestvu so vsem çeloveçestvom v Qalaktikax".

İndi de görüm "Tatar" dilini fəməl-yəməl bilən Dzerjinski Nərimanın "tatar" dilini başa düşürdüsə, uşaqlığını vətəni Tatarıstanda keçirən Lenin ömrü boyu rusca danışırdısa, Nərimanovun SafAğ Elminin mürəkkəbliklərini necə başa düşürdü?

Bünyad bəy:

- Nərimanov rusca elə sadə izah eləyirmiş ki, kim olsa sehrlənərdi. Lenin isə, bilirsən ki, çox idraklı insan idi. Bağlara inanırdı.

Bəs "Materializm i empriokritisizm?!” Niyə elə qətiyyətlə inkar eləyir "Maxizmi"? Axı, bağ sözündən azan Max, qatı ruhani olsa da, Kainatın materiyalılığını lap qəşənqcə duyurdu və bizim xilasımızı kainatda görürdü!

Bəy, bezikmiş, üzünü yana çevirdi, qışqırdı ki:

- Bunlar da sizin tarixdi?!

Səməd:

- Əlbəttə, Bəy, Əlbəttə! - dedi - Lenin sadəcə, planetin vəziyyətində kütləvi savadsızlığı, təfəkkür bəsitliyini nəzərə alıb, qəsdən hər şeyi yalnız Yerlə, qatı, bayağı materializmlə bağlayırdı. Sinfi mübarizə ilə planetimizi təzələmək, yenidən maarifləndirmək istəyirdi. İşinin ilk pilləsində öldürdünüz yazığı! Maarifə inamını öldürdünüz!.. "Sosializm plyus elektrofikasiya vsey stranı". Sosialiszmin əsli nədi, Bəy? Sosial bərabərlik, yəni yüksək Şüur. Düzdü? Elektrofikasiya nədi? Zəhmətin maksimum yüngülləşdirilməsi. Düzdü? Maarif: "Uçitsya, uçitsya, uçitsya”. Bəs bu nədi? Bağ səviyyəsidi, Bəy. Lenini gərək kəlmə-kəlmə izah eləyəsən. Leninin ömrünü kəsməsəydiniz, bütöv, tam kamil Lenin kim olardı? Allah? Xeyr! Bağ! Yəni cəmi proletariatı, başqa sözlə, bəşəriyyəti birləşdirərdi. Yerdə Lenin qədər ikinci uzaqgörən, etibarlı adam tanımıram mən.

Bünyad bəy dönə-dönə başını buladı.

- Qulağım nələr eşidir, ya rəbbi! "Materializm i empiriokritisizm" kitabında bədbəxt Alman Yevreylərinin ən görkəmli Din xadimi Maxı göy Bağlarından bəsit - empiriokritisizm” kritisizmdə taqsırlandıran Lenin həqiqəti billə-bilə qəsdən, şüurlu tənqid eləyirdi Maxı?! Bəşəriyyətin xilasını, səadətini göydə görən Maxin idealizmini tapdalayıb, materializmi qaldıran Lenin düz deyib?!

Səməd düşüncəli:

- Adıpünhanın "İdeal"ından bir cümlə deyirəm: "Ən böyük ateist Bağ Atanın özüdür", - dedi. - Şərh elə!

Bünyad bəy dedi:

- Məlumi məsələdi. Nəimi, Nəsimi kimi, bütün SafAğlar, ƏlAğlar kimi, AdıPünzan da insandan, Kainatdan kənarda Allah görmürlər.

Səməd:

- Fikirləş, gör nədi materiayanı təhrif edən?! Din ya materiya özü?! BağOdƏri "materiya"ya döndərən sənin Latın dilli alimlərin deyilmi, ay zibil müdafiəçi?!

Mən, Səməd Muğanna, Kainatın energiyasına həqiqətinə Od deyirəm. Sən deyilsənmi mənim Odumu Kainatdan ayırıb, Yerə bağlayıb "atəş"ə çevirən?! Sən deyilsənmi məni "atəşpərəst"ə çevirən, ay pədərsüxtə?! Petroqrad universitetini çıxart arxivdən, Şərqşünas, türkoloq tələbələrinə "Bağ" deyib o TatƏr "Boq" deməyib! Sonradan Stalinin əmrilə dəyişdirilib Qumilyovun mühazirələri, Materiyadan kənarda nə varsa, hamısı dəyişdirilib! Düzdü?

Düzdü.

İndi de görüm Qədim dünya tarixini nöqtəsinə, vergülünə qədər öyrənən Marks niyə BağOdƏri yox, "materiya"nı birinci sayırdı. Axı, bilirsən ki, "Materiya" kəlməsi bağOdƏr adının latınca təhrifindən başqa bir şey deyil!

Bəy qətiyyətlə:

- Marks məhdud adam idi. Materiyanın məhz Bağlar tərəfindən yaradıldığına inana bilmirdi. Deyirdi: "Şübhəsiz, yaradıcı var". Əmma Bağları qəbul eləmirdi. Məntiqə bax: bəs Bağların özləri hardan, necə yaranıb? Bu deyilmi hamını çaşdıran? Deyirlər: Kainat sonsuzdur. Bu sonsuzluğun özünü nisbiləşdirmişik.: bir nöqtədən hərəkət elə, fırlanıb - dövrə vurub, yenə həmin nöqtəyə gələcəksən. Məhdudluq deyilmi bu, səməd? Bəs nöqtələr arasında dairələrdən kənarda nə var? Boşluq?! Elə o "boşluq" deyilmi yaradıcı?!

Səməd dedi:

- bağlarımız bu sirri çoxdan deyiblər Yerə, Bəy. "Boşluq" yoxdu, "Zülmət" adlandığımız sonsuzluq var. Məsələ burasındadı ki, "Sonsuz" sözü də təhrifdi. Əsli ƏsÜn ƏsÜzdür: Yaradan səs - yaradan məna. Hardan gəlir o Ün - səs? O səsə ən qədim zamanda "Gur" deyilib: ən sıx, ən yaşlı insanlar məkanı Gurdan bizim Kainata, hətta lazım gələndə bizim Yerə enən İnsana - ÜnƏsə də "Gur" deyirik. Öz səsi ilə birlikdə Gur İşıq o qədər güclüdür ki, bağlarımız o işığı zülmət kimi görürlər. Hətta Bağlar da o Zülmətə uçmurlar. Yalnız EyOdƏr ƏsÜn Babamız (yəni Günəş dairəsinin daxilindəki EyOdƏr planetinin sahibi) öz gəmisində Zülmətə uçur, qayıdıb, oğlu BağBağÜnə məlumat verir. O məlumata əsasən, Zülmətdə yalnız söz eşidilir: "ƏsÜn - Yaradan məna. Qədim Midiyanın - BağOdEyin - Bağdayın "ölü dili"ni axtaranda Marksla Engels cəmisi üç gün məşğul olub, öyrənib ki, Bağday - BağOdEy varmış Yerdə, "Midiya" təhrif admış, Bağ varmış, "Boq" yox imiş. OdƏr varmış, "Atrii" yox imiş. "Materiya" - BağOdƏr imiş. Buna görə də yaradıcını təsdiq edib Yevrey Marks! Bir az EvƏrEydi, ya yox?

Təhrif dillərdə danışan bütün dahilərin bədbəxtliyi kimi, Marksın bədbəxtliyi də onda olub ki, OdƏr dilinin lap cüzi bir qismini öyrənib, Kainatın, planetimizin, Bağdayın tarixindən xəbərsiz qaldığına görə "Materiya"nı - BağOdƏri OdƏrlərdən, yəni bağı insandan ayırıb, Yer sakinlərinin arasında Ün eşidib Ün yazan Bağlardan xəbəri olmayıb. ÜnƏsin - "ins"anın Yerə OdAğÜz BağOdƏr planetindən gəldiyini bilməyib, meymun beyinli Darvinin səviyyəsinə enib: Təkamül - evolyusiya nəzəriyyəsini, "insanın meymundan əmələ gəlməyi"ni qoy bir kənara. İmperiyalizmin son mərhələsində dövlətin məhvini yüz əlli il əvvəldən görən Yevrey Marksı tanı, ay Yevrey! Məhv olur ki dövlət! Vəhşiləşir insan, ya yox?

- Yox!

- Ey Bəy! Dövlət idarə olunmur axı daha. Və olunmayacaq! Kriminal kapital insanı kamilləşdirmir və kamilləşdirməyəcək. Demək ədalətsizlik, zorakılıq, kapitalistlik, hərcmərclik, səfillik, beyinsizliyə doğru "evolyusiya" çiçəklənəcək, Bəy. Bəs potop?!

- Hə... Potop... İşləri korlayır.

- Afərin, Bəy! Bax bu cür söhbətlər olanda beynin az-çox dincələcək.

Bünyad bəy dedi:

- İndi doğrudan da bir az rahatlıq hiss eləyirəm, hərdən bu quyuyla bu meyidə gözüm sataşamasa, hətta şərabın təsirini də itirirəm. Sakit, xumar kimi oluram.

- İç!

- Sağ ol, ay sadist. Beynimdə bir-iki sual fırlanır.

Səməd də şərab içdi, əlində kabab peyda oldu... - Musa1 Gəl Bəyə də kabab ver.

Musa kolların dalından dikəlib ordları çökələ-çökələ, məlahətlə gülürdü:

- Cəhənnəmin arabir belə cənnətliyi olmasaydı halın nə olardı, ay itəbaxan nökər?! Al. Zəhərlən. Bu sakit vəziyyətin dəyişəcək.

Səməd dedi:

- Qoy hələ sualını desin!

Bəy kabab yeyə-yeyə daldabal iki sual verdi:

- Mənə də görüm, sənin sevimli Marksın Monarxiyanı niyə sevmir? Sən də sevmirsən. EyOdƏrin iradəsi bütün Kainat üçün dəyişməz qanundusa, ən dəhşətli monarxiya deyilmi Bağday?! Və ya elə o "Zülmət"in özü!

Haradansa, həm uzaqdan - İşıq gəmisinin düşdüyü tərəfdən, həm də elə lap beş addımlıqdan cingiltili qadın, kişi gülüşləri şaqqıldadı. Bünyad bəy bu cür qəribə şaqqıltıdan tutulub Səmədə baxdı.

Səməd dedi:

- OdAğÜzdə güldülər, sənin mühakimənə, ey kar, kor! Gülüşü gəminin planetlə daimi bağlı işıq zehləri ilə bu yana ötürdülər ki, suallarının necə gülünc uşaq mühakiməsi olduğunu eşidəsən. Kainatın "monarxiya"sı - MənƏrAğdı. Mən, yəni bütün ƏrAğ Aləmi, yəni bütün planetlərdə "ins"an - ÜnƏslərin "Əxi" - AğEy icmalarında əbədi OdƏrlər əbədi həyat tərzilə tərbiyələniblərsə, EyOdƏr Babamız da öz planetində, öz icmasında həmin həyat tərzilə yaşayırsa, Yerin təhrif "Monarxiya"sını bizim MənƏrAğla yanaşı qoymaq olarmı, Bəy?! Yəni təhrif sözü - mənasızlığı məna ilə yanaşı qoymaq olarmı? Mənəvi EvƏrƏslə mənasız "Pers"i yanaşı qoymaq olarmı? Nə deməkdir "Pers", "Pars", "Fars", a Bəy? Bütün planetdə axtarırlar "Fars" nə deməkdi?

Bəy dedi:

- AdıPünhan Muğanna, Lenini həm əvəzsiz müdrik insan sayır, həm də qan tökməyini Stalinlə yanaşı qoyur.

- De görüm, Nəriman hardan öyrənmişdi SafAğ Elmini?

Bünyad bəy düşünmədən, dərhal dedi:

- “İdeal”da yazılıb ki, Şeyx Xorasan - Nəiminin türbəsindəki "Vərəsə" kitabxanadan öyrənib.

Səməd dedi:

- Bilirsən ki, Qrek Mirqəzəblə çekistləri də gedirmişlər Nəiminin türbəsinə. Niyə öyrənməyiblər SafAğ Elmiri?

Bünyad bəy dedi:

- Öyrənirdilər. Əmma "İstoriya Midii" kitabının müəllifi Dyakonovdan dərs alırdılar.

Səməd ara vermədən soruşdu ki:

- Bəs niyə ağıllanmadılar? Niyə dağıtdılar Vərəsəni?

Bilmirsən, ey Təhrif!

Dyakonov kimi, onların beyinləri də təhrif dil üstündə qurulmüşdü. İrsiyyəti sağlam qalmış Lenin, Dzerjinski təhrif dil, təhrif təsəvvür aləmində addımbaşı fəlakət törədib, özləri də o qədər duymadan Stalinə uyub, "SSRİ" adlı fəlakət tarixi yaratdıqları kimi, sənin "müdrik Yevrey" Dyakonovundan dərs alan "müdrik Yevreylər"in də addımbaşı tarix yaradıblar! "Dağılıb" deyirlər. Yalandı. "Podpolnıy SSSR" var! Amerikayla döyüşür! Dərk eləyirsənmi dediyimi?

Bünyad bəy dedi:

Marksı sən həm dahi adlandırırsan, həm də "meymun beyinli Darvin"in səviyyəsinə endirirsən!

Səməd dedi:

- Təkrar eləyirəm: AdıPünhanın "Məhşər" romanında Nəimi öz xəlifəsi Movlana Tacəddinə deyir: "Bizim kamilliyimizlə qeyri-kamilliyimiz arasında fərq yoxdu, övladım".

Niyə belə deyir nəimi, Bəy?

Bilmirsən, ey kar, kor təhrif!

Nəimi təhrif dil içində gizlənirdi, Firdovsi, Nizami kimi, Nəimi də Əxi - AğEy mühitindən kənarda anlaşılmayan rəmzlər üstündə qurulmuüş təhrif dilli əsərlər yarada-yarada özündən asılı olmayaraq bütün Şərq miqyasında "Din" adlı fəlakət tarixi yaradıb!

Bünyad bəy təəccüblənmişdi:

- Demək, təhrif dilli dünyanın kamil insanı ilə qeyri-kamili arasında fərq yoxdu?

Səməd dedi:

- SafAğ inansa Təhrif insanla yanaşı qoyma, ey təhrif! Leninə, Djerjinskiyə OdƏr dilində "Bağ" dedirdən, Nərimanımın dili üstündədi bu söhbət. Get gir arxivlərə, yoxla, gör Nəriman bircə dəfə ölüm cəzası kəsdiribmi ətrafındakf təhrif heyvanata. Bu SafAğ İnsan əməlidi. Əmma SafAğ Nəriman danışdığı dilə görə həm də qeyri - kamil idi.

İndi qeyri-kamil cəhətə diqqət yetir... "Nadanlıq" pyesinin ilk variantında qəhrəmanın Adı EvƏr olub. Yəni Evin İşığı. EvƏrim, bilirsən ki, "Tovrat"da, "İncil"də, "Quran"da "Avram", "İbrahim" şəklindədi. Yəni təhrifdi. Nərimanov Ömər yazsa da EvƏrimin adını nəzərdə tutub. Çünki EvƏrim də EvƏrEy də, EvƏr də çox vaxt eyni mənada işlənir. Arkadaşları Nərimana deyiblər bu bircə kəlmənin - adın anlaşılması üçün gərəkdir ki, tamaşaçı SafAğ Elminə az-çox vaqif olsun. Yaxşısı budu ki, ya ərəbsayağı "Ömər" yaz.

Başa düşürsənmi EvƏr adının Ömərə döndərilməsi pyeslə birgə Nərimanovun özünü də təhrif eləyib. Gülüb doktor, deyib: "Pyesin adını qoydum "Nadanlıq". Yəni nə? Yəni Elmdən - həqiqətdən məhrumlüq.



Bəs indi nə oldu, Bəy? OdƏr Nəriman özü həm nadan, həm kamil oldumu! Budu Nəimini üzən dərd:"Bizim kamilliyimiz yoxdu, övladım".

Bəy əlini qaldırdı:

- "Bibliya"dakı fraza yadımdadı: "Poyavilas belaya ruka i na stene na bojem yazıke napisala: "Səni TəkƏL aparsın"1 . Bu "bojıy yazık" bizim indi danışdığımız həmincə "Tərik" - "Türk", "Azərbaycan" dilidirsə, Nərimanov qəhrəmanının adını "Ömər" yazmaqla niyə qeyri-kamil olsun?!

Səməd ucadan gülürdü. Kolun dalında Musa da şaqqıldadı.

Səməd:

- "Omar"ın yazısı "O" "bociy yazık" dandı, Bəy! Fəhmini niyə itirirsən, yazıq, yorulma! "Mar" axı "ne bojiy yazık"! Kainatda, planetlərdə "Omar" ağanı indi kim belə adlandırar? "EvƏr AğEy" deyirlər də! "Mər" nədi, Bəy? Heç nə! "Mərə" olsaydı, yenə məna vermək olardı.



Danış görək necə güllələdin Omar ağanın oğullarını!

Bünyad bəy deyəsən doğrudan da xeyli üzülmüşdü:

- Yaxşı, danışım, - dedi. - Əliheydər Tiflisə Ayollonun üstünə teleqramma göndərdi: "İz Baku vışli tri vsadnika. Poydut po qornomu xrebtu, çerez Şabran, Zakatala, Turmen yataq. Vstreçayte na Sarıyoxuşe".

Nərimanın Qazaxlılar polku Poylu körpüsündə idi. Poyludan o yan, o cümlədən Türmən yatağı, Sarıyoxuş da Gürcülərin əlində idi.

Səməd dedi:

- Düz danış!

Bünyad bəy duruxdu.

- Gürcü Qrekləri deyim?!

Səməd:

- Bəs necə?! Bədbəxt Gürcü xalqı hətta indiki "Müstəqil Gürcüstan"ın da Gürcü Qreklərinin əlində olduğunu bilmir. Dağlarda Qreklər yaşayırlar, onların da heç nədən xəbəri yoxdu. Şərq səmtindəki dağlarda "Nidri"lər deyilən bədbəxt təhrif ÜnOdƏrlərin də heç nədən xəbəri yoxdur: "Tərikcə" danışırlar, bilmirlər ki, "milli azlıq" zad deyillər, nəhəng OdƏr bəşəriyyətinə mənsubdurlar! Bax buna görədi faciələrin hamısı! Bütün incəliyinə qədər danış görüm, o "vsadnik"lərin qanlarını necə içdin?!

Bünyad bəy nəfəsini dərib elə bil adi bir şey danışmağa başladı:

- Əliheydərin teleqrammasını alan kimi Ayollo libasını dəyişdi, otryad götürdü, gəldik. Tiflislə Sarıyoxuşun arası əlli verstdi. İndiki hesabla təxminən yetmiş beş kilometr. Gecəni Qardabanidə qaldıq. O vaxtkı Qaratəpədə...

Səməd dedi:

- Dayan, Ayollanun elə bir adamı yoxdumu ki, göndərəydi? Niyə özü gəldi?

Bünyad bəy gözlənilməz əsəbilik hiss etdi:

- Bu sual da "dərs" üçündü?!

Səməd:

- Daha çətinə salmayacam səni. Omar ağanın altı oğlundan hansını harda ölüdrmüsən? Danış!

Bünyad bəy:

- Belə sualların cavabında mən çətinlik çəkmirəm, - dedi. Bədbəxtin hələ xəbəri yoxdu ki, o oğlulların ölümləri barədə burada dilinə gətirdiyi hər bir kəlmə sabahısı, birisigün - ta son nəfəsinə qədər, beynində öz səsi ilə daimi səslənəcək, kəlmələrdəki hadisələr isə gözlərinin qabağında kino lentindən də aydın görüntülərlə fırlana-fırlana qalacaq və bu Od - həqiqət dəhşəti onu çırpına -çırpına tərə batmağa, hətta başını yerə döyməyə məcbur edəcəkdi.

Tamam sakitcə başladı ki, - On səkkizinci ilin yazında Nəriman Nərima¬nov indi "İyirmialtılar" adlananlardan ayrılmışdı. İndi deyirlər başda Stepan Şaumyan, hamısı Erməni idi. Əslində, indi AXC-lərin termini ilə desək, Demokrat idi hamısı. Yəni Yevrey. Nərimanov, Məşədi Əzizbəyov, Vəzirov lazım gələndə çox vaxt azərbaycanca danışırdı onlarla, hətta SafAğ Elmindən bəzi çox lazımlı cəhətləri izah eləyirdi. İkinci Sovetlər qurultayında, Nərimanov hökumət başçısı olanda dedi: "Ərazlər məsələsi SafAğ əqidəsinə görə sərhədlərə bölünməməlidi, bəs sən niyə Göyçəni Ermənilərə vermək istəmirsən?". Nərimanov dedi: "Ya vınujden budu skazat: dadim bratyam zemlyu. A vot vı xoteli bı razdelit Sibir s yaponsami". Sərhədlərin götürülməsi üçün bütün xalqlar eyni əqidədə olmalıdırlar, biri-birinin dilini asan anlamalıdırlar, yəni cəmi Yer üzündə Vahid Ədalət səltənətinin yaranmasına heç olmasa minimum şərait yaranmalıdır". Buna görə də Zəngəzurun Ermənilərə verilməsinə razılıq versə də, Sovet sədrliyindən çıxdı, xəstələndi, Həştərxana getdi ki, həm orda müalicə olunsun, həm də Leninlə əlaqə saxlayıb, Azərbaycanda vəziyyətin həddən artıq mürəkkəb olduğunu başa salsın. Sovetdə Müsavat sosialistləri Daşnak sosialitsləri ilə, Eser fraksiyası ilə birləşib İngilisləri Azərbaycana çağıranda məsələ daha da mürəkkəbləşdi, hərc-mərclik başlandı. Türk ordusu Azərbaycana gəldi ki, qırğınları yatırtsın. O günlərdə Müsavatçılardan "Türk"ün kimliyini bilənlər də, qalan Müsavatçılar da Ermənilərlə gizlin danışıq apardılar ki, Türk ordusunu elə bəri başdan zəiflətmək lazımdı. O vaxt Anastas Mikoyan on yeddi - on səkkiz yaşlarında, Sovetdə əl buyruqçusu kimi bir şey idi. Əmma azərbaycanlılara qarşı çox qəddar idi. O vaxt çox məşhur olan polkovnik Amarazspın dəstəsi tez-tez ora-bura hücum çəkəndə Mikoyanla qarış-qarış gəzmişdi, yaxşı tanıyırdı hər yeri, Amazaspın, bir də o vaxt "Kobra" kliçkasıynan tanınanın tapşırıqlarıynan gəldi məni tapdı, dedi: "Qazaxda Şirinin qalası deyilən yerdə yerləşdirilmiş türk qoşununu təkbaşına zəhərləməlisən. O qonşu Gəncədəki, bakıdakı türklərlə birləşsə, Erməni, Müsavat hissələri gərək buranı tərk eləsinlər. Beş-altı gün möhlət verilib sənə, Bünyad!..

Omar ağanın altı oğlunun altısı da sağdı onda. Böyük oğlu PirVəli, Türməndə qanadlı ilanları xançalla havada vuran idi. Boyca lap balaca adam olsa da, yaman cahil idi. Sonra Hacı Alı, kommersant adı ilə Məkkəyə qədər gedirdi, zəvvarları xəlvəti yerlərə çəkib SafAğdan dərs deyirdi. hacı Alıdan kiçiyi İsa əfəndi hərbi gimnaziyanı qurtarandan sonra Müsavatçıların Bakı kəndlərində qadınların sırğalarını qopardan zabitlərdən aralandı, getdi Dərbənd səmtində Denikinlə döyüşdü.

Səməd bu dəfə lap qəribə şaqqıltılı gülüşlə tamam başqa sual verdi:

- De görüm, həqiqətən baş vermiş subasqınından sonra bu barədə bir də nə vaxt söhbət olub?

Bəy ilan kimi fısıldadı:

- Nizaminin vaxtında.

- Niyə?

- "Sirlər xəzinəsi"ndə Nizami yazıb ki, "Yer dəli olub, "kəməri"ni, yəni Bağları qıracaq, parça-parça olub səmada fırlana-ıfrlana qalacaq", Nizaminin zəmanəsinin şeyxləri bunu Subasqını qələmə veriblər. Nizami isə cavab yazıb onlara ki, heç bir Subasqını olmayacaq indi.

Birinci Subasqınından sonra Yer doğrudan da parçalanıb, "Ay" - Ağ planetinin yaxınlığında parça-parça fırlanır. İndiki Yer planetini də gələcəkdə elə fəlakət gözləyir... Şeyxlər qorxuya düşüblər, "Xəmsə"nin katiblərinə əmr veriblər ki, "Xəmsə"də o yeri dəyişdirin. "Xəmsə"də çox belə şeylər var. Məsələn, heç kəs bilmir ki, "Nizami" - ÜnƏsim kəlməsi Nizaminin yox, kitabın adıdır, "Yaradan Ünüm" deməkdi. Katiblər çox çalışıblar bunu izah eləsinlər, bir şey çıxmayıb. Axırda kitabin adını şairin Adı eləyiblər.

- Bir də baş verəcək Subasqınının, qarşısını almaq olmaz?

Bəy dedi:

- Bilmirəm.Səməd dedi:

- De görüm Muğanlıda Omar ağaya niyə "Koxa" deyirmişlər. Cavab ver, lazımdı.

Bəy dedi:

- Aydın məsələdi. Babası "Comərd" kimi Omar ağa da gizlənirmiş.

- Niyə?

Bəyin gözləri böyüdü.

- Bıy! necə, niyə a kişi?! Muğannaların çoxu "AdıPünhan" olmurlar?! Məsələn, sənin əsl adın SimOddu (Uca Həqiqət) əmma adına Səməd dedirdirsən.

Səməd dedi:

- Ağ Əmirlə Boz Əmir gizlənməyiblər. Səbəbi nədi?

Bəy dedi:

- Onlar talelərini əvvəlcədən bilirmişlər.

- Niyə?

- Əstəğfürillah! Nə bilim, a kişi, yəqin əvvəlcədən deyilib ki, Orda-"İran"da SafAğ baş tutmayacaq, o kişilər də öldürüləcəklər. Bu da məntiqi! Əmma nahaq qorxudublar kişiləri, məncə!

Səməd gülürdü:

- Afərin, Bəy! A kişi, aqibəti Əbədiyyət olan adam ölümdən qorxarmı?

Keçək başqa mövzuya ay "Yevrey" - EvƏrEy. Ayollo niyə özü gedirdi operasiyalara? Danış!

Bünyad bəyin səsi də sərtləşdi:

- Yevrey Ayolla da qrek Koba kimi bandit idi!

Səməd dedi:

- Səhv eləmə. Sən çox gözəl bilirsən ki, Koba qrek keşişi Vissarionun tələbəsi olub, ordan Bakı mədənlərində inqilabi təcrübə qazanmağa, leninin diqqətini cəlb eləmək, Peterburqda yaxşı mövqe qazanandan sonra da casus Qreklərdən ibarət dəstə toplamaq niyyətində olub.

Bəy dedi:

- Özün demirsənmi ki, Qrek də mənşəcə OdƏrdi. Sözümün başına ip salma, ay Sadist, imkan ver danışım, bəlkə hardasa rəhmin gələ, dayandırasan bu əzablı sorğu - sualı!.. Bəli, Koba Qrek idi, əmma Gürcü kimi tanınırdı, cuhud kimi tanınırdı. Tərbiyəçisi keşiş Vissarion da Peterburq ruhani məktəbindəki kimi belə-mən kimi qaniçənlər yetirirdi. Əslində Koba məndən qat-qat üstün qaniçənlərdəndi. Qadınları zorlayırdı, elə yerindəcə də güllələyirdi. "Verbovka - tvoyo delo" deyirdi mənə, "Ya rasstrelyayu". Ayolla da, Leninin yetirməsi Atatürkün işləri ilə bağlı Türklərin qanların içmək lazım gələndə şəxsən özü gedirdi operasiyaların icrasına!

Razı qaldın?!

Səməd dedi:

- Necə yəni "razı qaldın"?! Bu əhvalatı axıra çatdır. PirVəliyə necə işgəncə verdin? Bütün incəliklərinə qədər danış! Dərs üçün lazımdı bu.

Bünyad bəy hələ də sərt idi:

- "Yevrey" - EvƏrEy dərsi deyil bu, Yevreyə işgəncə verməkdən zövq alırsan. Mənim yerimdə sən olaydın, sənin yerinə mən olaydım, onda görərdin qaniçən Türkə necə işgəncə verirəm! Yer üzündə elə bütün hökmdarlar qaniçən olublar!

Səməd, çox ciddi ahənglə soruşdu ki:

- De görüm, UluBağ Birinci Aleksandrın sürgün əmrinə niyə boyun əydi? Dünya dolu Əxi ordusu deyildi?

Bütün Kainatda OdƏr Bəşəriyyətini EyOdƏr, BağBağÜn Babalarımızı, Bağ Atamızı, oğullarını bir yana qoyuram, təkcə "Allah" - ƏlAğ EySarın hökmü Aleksandrın Təxt-tacını tar-mar edə bilməzdi?!

Bünyad bəy bir xeyli susub, səmimi etirafa məcbur oldu.

- Məəttəl qalmışam. Elmdə əmma var: "İnsana təsir etmək olar, təzyiq - yox".

Səməd dedi:

- Budu bax, hər şeyi dərk edə-edə heç nə dərk etməyən idraksızın qeyri-adi idraksızlığı! Yəni sən bu vaxta qədər dərk eləmirsən ki, Bağlar doğrudan da qan tökmürlər, ay qaniçən təhrif? Qreklərdən qalan hədsiz işgüzarlıqla, hədsiz hakimiyyət hərisliyi ilə bütün millətlərin daxilinə girib, hamısını bir-birilə vuruşdurursunuz, milli kin yaradırsınız! Özünüzə qarşı da kin yaradırsınız! Qırılırsınız! Bütün planetdə qaniçən "Rus Yevrey"inin ağılsızlığını dərk etdinmi, ay Yevrey?!

Bünyad bəy eyni səmimiyyətlə:

- Dərk edirəm - dedi. - Əmma yenə də sənin qanını içməyə hazıram.

- Niyə, ay idraksız?!

Bünyad bəyin bu dəfəki cavabı qəribə oldu:

- Siz bizi məhv eləyirsiniz! - dedi.

Səməd buna necə təəccüblənməyəydi? Bəyin bu fikrinin hardan, necə yarandığını bilsə də, istər-istəməz soruşdu ki:

- Bağ nəsli məhv edir sizi?!

Bünyad bəy eyni inamla:

- "Tərik" - "Türk" - ƏrÜz - Rus milləti bütün Rusiyada qırmırlarmı Yevreyi?!

Səmədin fikri uzaqlara getdi.

- Bayaq dedim, qocalanda "ins"in zehni tutulur.

Xatırladıram, altı yüz dördüncü ilə qədər Latının, Qrekin arasına dolub Vizantiyanı "Türk"ün üstünə yeritdiniz! Türk vətənini tərk edib Sibirə, Şimala, Avropaya qaçıb, tərik oldu. Yevrey bununla da kifayətlənmədi, "Şəhri-Babək" adı altında gizlənən BağBağÜn SarEyini Konstantinopola "köçürüb", gizlin Bağdayda qalan Muğannaların qanını içdiniz! Bununla da kifayətlənmədiniz, Vizantiya legionlarını Rusiyaya yeridib, səkkiz yüz ikinci ilə qədər, iki yüz il sərasər qılınc çəkə-çəkə ƏrÜz - "Rus" millətinin qanını içdiniz! Bununla da kifayətlənmədiniz. "Türk" - "Rus" millətinin özünü Amerikaya yeridib, Amerika OdƏrlərinin qanını içdiniz. Bununla da kifayətlənmədiniz, "BağBilin təhrif tərcüməsi "Bibliya" ilə silahlanmış poplar ordusunu Vizantiyadan bütün planetə yeridib, təhrif "İsus"un xaç üstündə taxta "bədən"ini bütə çevirib, KeSarların qılıncları ilə xaç yaydınız! Budu bax indi sizi yeyən qədim ayrılıq kini! Boş-boşuna kin oyanardımı, ey "Yevrey"?!

Sonrasını dinlə. İndi ayırıblar millətləri. İsraillə qalanları bu günün özündə döyüşdürürsünüz! Buş da dərk edib ki, planeti məhvə aparan qaniçənlər tərksilah olunmalıdır. Hamı, hamı dərk edir fəlakəti, "Rus Yevrey"indən başqa! Bir də soruşuram kimdir Yevreyi qıran?! Buşdu ya "Alman", Vatikan fitvasına uyan İtalyanlardı, yoxsa, əli yaderli "Rus Yevrey"inin özü?!

Vot qde zarıta sobaka!

V Yevreye zarıta sobaka! EvƏrEy OdƏrləri əlinə silah almır! EySar "ne ubiy" deyir, ay qanmaz!

De görüm, niyə rusca dedim bu sözləri?

Bünyad bəy dodaqlarını büzdü:

- Sənin dilini qanmaq olmur.

Səməd dedi:

- Qanırsan, ay tülkü. "Vonyayete" sözü "Bibliya"dandı. "Bibliya" sənə "Vonyayete" deyir, sən isə hələ də əl çəkmirsən "Bibliya"dan! Vatikanın monaxları yazıblar.

Bünyad bəy tutuldu:

- Onu təkrar eləmə sən!- Düz deyil ittihamım?

Bünyad bəy nədənsə etirafa ehtiyac duydu:

- Düz olmağına, əlbəttə, düzdü. Qaniçən olmağına, qaniçənik. Təkcə Əfqanıstan hadisələri hərdən mənim özümə də qəribə gəlir. Bu son vaxtlar Qarabağ deportasiyası, Bakıda iyirmi yanvar qırğını göz qabağındadı. Amerika EvƏrEyi "Yevrey"in dünya miqyaslı möhtəşəm hakimiyyətinə son qoyur! Sizin qanınızı içəməsək, azadlıq yoxdu Rusiyaya!

Səməd başını bulayırdı.

- Neftdən başlamış göy-göyərtiyə qədər, vətənimin bütün varidatından respublikaya gələn ixracat gəlirinin hamısına sahib olub, ystəlik "Vv" ordusunun raketi altında əsir saxlayırsınız! O nə azadlıqdı sənin istədiyin, ay Yevrey?! Mümkündümü?!

Bünyad bəy söz tapa bilməyib duruxanda Musanın səsi gəldi:

- Küllüyün tarixi qaldı, ay Səməd.

Səməd dedi:

- Küllüyün tarixi "Yevrey" - EvƏrEy tarixi deyilmi?

Musa dedi:

- Meyid də qaldı. Gün vurur.

Bünyad bəy pis qoxu hiss etdi və ağlına qəribə bir fikir gəldi:

- Bura bax, ay sadist... Bu söz-söhbətləri, hadisələrilə birlikdə sən bu ilin meyidini də gözümə soxacaqsan?!

Səməd güldü:

- Afərin, Bəy! Gələcəyə baxırsan!

Bəy meyidi göstərdi.

- Heydər Əliyev hakimiyyətə gələli bu it mənim itlərimin yanına qısılmışdı. Mən də belə elədim bunu. Çoxmu qalacaq günün altında?

Səməd dedi:

- Tarixi danış!

Bünyad bəy başa düşdü ki:

- Yəni tarix qutrarana qədər burda bu qoxu məni vura-vura qalmalıdı?

Yenə Musanın səsi gəldi:

- Cəhənnəmin qanunudu bu, ay it!

Bünyad bəy əlacsız fısıldıyıb:

- Qayıdım, - dedi. - PirVəligil dərədən çıxıb Sarıyoxuşun başında görünəndə baxdım ki, atın biri yüklüdü. Ayolloya dedim: "Birləşmə planı o xurcunda, gəlin paltarının içində olmalıdı. Əliheydərə belə deyiblər. Həm də Əliheydər "toya hazırlıq" deyəndə başa düşdüm ki, bəyə paltar, kəmər-filan aparacaqlar, plan hökmən gəlin paltarının içində olacaq.

Sonra papağı basdım gözümün üstünə, ortadan dala keçdim ki, görməsinlər məni.

- Bilirdin ki, üçü də öldürüləcək, sənin iştirakın gizli qalacaq? Otryadın arxasına keçməyini belə başa düşək?

Bəy dedi:

- İnsanam. Mən də Pirvəlinin evində çörək kəsmişdim. İstəmədim görsün.

Səməd kolların arxasında tüstüdən ocağın yanından Musanı çağırdı.

- Musa, "mən də insanam" deyir Bünyad bəy. Gəl bunun insanlığını əyani göstər.

Bünyad bəy, kolların dalından çıxan əlli il bundan əvvəlki Orduqozlu, donqarbel, boynu əyri Musaya diqqət yetirməyə imkan tapmadı. Bir göz qırpımında özünü lopa-lopa yağan qar altında, qursağa qədər qar içində gördü. Türmən düzü qış dumanına bürünmüşdü. Qara yapıncılı, qarayanıq Orduqozlu Musa çomağa dirənib, qurşaqdan aşağı meyidə baxa-baxa ağlayırdı, cır-cındır geyimli "itəbaxan fəhlə" Bünyad bəy isə sağ-soldan qarı eşələyib meyidin üstünə doğru basırdı. İşini görüb-qurtarıb orduqozluya doğru atıldı, ordan-burdan kom-kom pambıqları çıxmış sırıqlı pencəyinin altından çıxartdığı bıçağın havada gümüş kimi ağarması ilə yapıncının yaxasından içəri qan püskürməsi bir oldu. Sonra Türmən düzü, qar, Sərvinaz, Orduqozlu, hamı, hər şey şəkil kimi donub yoxa çıxdı.

Gözəl naxışlı çəpkəndə, yorğun-arğın dayanmış gözəl Musa qayıdıb kolların arxasına getdi.

Səməd qışqırdı:

- Danış, ay "ins"! Danış heyvanlığını!

Bünyad bəy bir xeyli özünə gələ bilməyib, sonra:

- Yenə sadistləşsən, heç nə deməyəcəm, - dedi.

Səmədin rəngi ağarmışdı.

- Necə sadistləşməyim, ay nəslimin kökünü kəsən qaniçən1

- O iy çəkəni at ora, lapatkanı götür, başla torpalamağa! Bircə həftə katorqa cəzasından sonra danışarsan!

Musanın gülüşü səsləndi:

- Səməd, qoy itlərə ünsüyyətinə baxsın!

Səməd dedi:

- İyrəncliyinə sonra da baxar. Get, lapatkanı görür, a Bəy!

Bünyad bəy ayaqlarını sürüyə-sürüyə, üzülə-üzülə gedib, körpünün üst tərəfində təzə göyərməyə başlayan xırda, qoşayarpaq qamışların aralarına yapıxmış köhnə, boz qamışların altından lapatkanı tapıb qayıtdı.

Səməd dedi:

- İndi küllüyün quyuya lap yaxın yerini qaz, görək nə çıxacaq ordan.

Bünyad bəy lapatkanı yerə çırpdı.

Səməd güldü:

- Nə oldu, Bəy?

Bünyad bəy xırıldayırdı:

- Sən... Sən bunu da bilirsən?!

Səməd istehzalı idi:

- Nəyi, Bəy? O küllükdəki iki küpə qızılı deyirsən?

Bəy lapatkanı götürüb küllüyün quyuya lap yaxın yerini eşdi, hər biri bir səhəng irilikdə iki küpə çıxarıb, quyudan bir neçə addım kənara qoydu. Yəni ehtiyatlandı ki, küpələr enişə dığırlanıb quyuya düşər.

Səməd yenə qəhqəhə çəkdi.

- Varisin - zadın da yoxdu ki, deyəsən vərəsədi. Bir ayağın burda, bir ayağın gorda, o qədər qızılı neynirsən, ey "ins"?

- Bu işgəncənin arasını kəs, küpənin birini apar ver Muğannalara.

- Rüşvət verirsən? Bilmirsən ki, Muğlar torpağı qızıldan qiymətli sayırlar, ey "ins"?

Bəy dedi:

- Başa düşmürəm, niyə çıxartdırdın bu küpələri?

Səməd dedi:

- Sovxozdan bura həm də qızılı aparmağa gəlmirdin? Apararsan də!

Bəy dedi:

- "Qoca" yoxdu daha. Maşınını da bilmirəm harda gizlədib. Tək aparammaram. Bir də ki... sən yəni doğrudan imkan verəcəksən qızıl aparım, yaşayım mən?

Səməd dedi:

- Mən qatil deyiləm. Musa da əl qaldırmaz Sənə.

Küllüyün tarixinə keç! Sarıyoxuşa! Atlılar gəldilər dayandılar otryadın qabağında. Sonra nə oldu?

Bəy dedi:

- Sonrasını, şübhəsiz, bilirsən. Ha fikirləşirəm, tapammıram, niyə axı danışdırırsan məni?! Cəhənnəm əzabını başqa cür də çəkdirirsiniz siz, bayaq lap aydın oldu. Bu danışmağımın nə mənası var, ay Səməd?!

- Bayaq dedim, sonra biləcəksən. Dərsdi bu. Dərs! Başa düşmürsən?

- Yəni mən doğrudan yaşayacam?!

Səməd dedi:

- Qızılın əlində, Rusiya, İran arasında, niyə yaşamıyasan?!

Danış! Ayolla mauzerini qoburdan çıxaranda nə oldu?

Bünyad dedi:

- Ayolla mauzeri o işıqsaçan Hüseyninizin sinəsinə qaldıranda, Pirvəli dedi: "Qardaşım toy üstədi, muradını gözündə qoyma. Yanındakı da sağdışıdı. Cavanlara qıyma. Sən də məntəki yaşlısan. Yəqin oğul-uşağın var, toy-şan gözləyirsən. Qıyma cavanlara. Vurursan, məni vur. O pal-paltardan da nə istəyirsən götür".

Yalvardı PirVəliniz.

Bandit Ayollanın qolu boşaldı.

Banditlərin otryadında pıçıldaşma düşdü. Gördüm hamısının heyfi gəlir Hyseynə.

Naqanımı çıxartdım, əvvəlcə PirVəlinin sağ qoluna atdım. Dedim: "Get Hüseynin toyunda tək qollu oyna".

PirVəliniz baxdı, tanıdı məni. Dedi: "Sən hara, bunlar hara, Bünyad bəy?!"

Dedim: "Sən hara, mazutun içində fəhləlik hara, ay Sərkər çoban?!"

Dedi:

- Bu müxənnətliyi heç Müaviyə də eləməyib. Yezidi göndərib ki, get Kufədə qır Hüseyngili, gözüm görməsin. "Yezid"in də əsli ƏSOd olub, ay "Muğ". Ta qədimdən dəyişmişik, dönük olmuşuq. Bir-birimizin qanını tökməsək işimiz yerimir!

PirVəliniz ayıldı, tanıdı düşmənini. Üzünü döndərdi ki, Ayollaya nəsə desin. Üzünü döndərəndə ikinci güllə ilə ağzında dilini vurdum. Dedim: "İndi get atana xəbər ver ki, Bünyad bəy Rusun adamıymış. Şəkər bəyin qalasında Türk qoşununa çuma saldıran da Bünyad imiş, kiçik qardaş Musanı böyük qardaş Hacı Əlinin qucağında çumaya yoluxdurub öldürən də Bünyad imiş.

PirVəlinizin ağzının qanı qolunun qanına qarışdı. İşıq saçanınızla "sağdiş" Musanın rəngləri saraldı.

Dedim: "İndi "murad üstə" olan Hüseyninlə sağdışına bax!"

Döndü baxdı.

İşıqsaçanınız dedi:

- İndi - indi başa düşürəm ki, yuxuda yaşamışam, insanı tanımamışam. Aman ver bir az yaşayım!

Üçüncü gülləm sağdışın kəlləsini deşdi. Dördüncü gülləm Hüseyninizin alnını deşdi. Bu itdən öyrənmişəm alnın düz ortasına atmağı. Bu meyit belə atardı həmişə alnın ortasına. Beşinci gülləni PirVəlinizin ardınca atdun. Çünki cavanların meyitlərini görəndən sonra Sarıyoxuşun yarğanından özünü atıb. Türmən yatağına qaçdı. Demə, Mustafa Kamala məktubun yerini düz deməmişəm mən, PirVəli özü ilə aparıb. Ağlıma bir fikir gəldi: O vaxt Mustafa Kamal Trabzona təzəcə getmişdi. Ordusu Gürcüstanın bəri tərəfində Qreklər olan səmtindən meşəliklərə, kiçik - kiçik hissələrlə topxana, ərzaq daşıyırdı. Fikirləşdim ki, məktubu paltarın arasından çıxardım, gedim orduya qoşulum. Məktubu təqdim eləyim, Mustafa Kamalın əzizi olum. Əmma, demə məktub PirVəlinizin özündə imiş. Paltarın, hətta yəhərin içini atım-atım elədik, məktub tapılmadı. Ayollaya dedim: "mən Omar ağanın evinə gedəsi oldum. PirVəlinin paltarı soyundurulanda birtəhər eləyib məktubu ələ keçirməliyəm!" Özüm getdim çobanları eşiyə çağırdım, dedim, Gürcülər vurdular, öz gözümlə gördüm. Atlanın xəbər çatdırın. Omar ağa dava-dərman gördərsin, rahat araba göndərsin. Bir-ikiniz də gedin Hüseynnən, Musanın meyitlərini gətirin.

Səməd soruşdu:

- "PirVəliniz", "PirVəliniz", Niyə belə deyirsən?

Bəy dedi:

- Çünki, bütün Omarağalıya ət, yağ, motal, yun, dəri verən, HacıAlıdan tutmuş Hüseynə qədər, hamını gimnaziyaya göndərib özü savadsız qalan PirVəliniz bütün nəslin pənahı idi. Peterburqdan Bakıya gələndə mənim cibimdə gimnaziya, institut qurtaran Muğannaların siyahısı vardı. O vaxt bilirdim ki, o siyahının dalınca Muğannaların daha böyük siyahıları göndəriləcək. Başda da çoban Pirin adı.

Səməd soruşdu:

- Başda Omar ağa olmalı deyildimi?

Bünyad bəy:

- O çörək qazanan adam deyildi, - dedi. - Çünki günü dağlarda, dərələrdə Qaçaqların arasında keçirdi.

Dağlarda atışmaların arası kəsiləndə Dəli Alı həmişə Omar ağanın dalınca atlı göndərirdi ki, qohumu AgBizənli Aşıq Alıynan getsin Qaçaqları ruhlandırsın. Siyahıda Omar ağanın adını lap axıra salmışdılar.

- Niyə?

- Məlumat çatmışdı ki, guya savadsızdı. Mən bilirdim ki, Amasiyada, AğBabada təhsil alıb. Muğlarla, Qaçaqlarla onun vasitəsi ilə əlaqə saxlayırdım. Qəribə, heyrətli adam idi Omar ağa. Beynimi görürdü, hər şeyi bilirdi, deyirdi: "Səntəki qaniçəni anası doğmayıb". Əmma əl qaldırmırdı mənə, kəmərində qılınc kimi uzun, enli, gümüşdəstə xançalı vardı. Mənə qəzəblənəndə, xançalla azı yarım saat qanqal döyəcləyirdi, yığırdı, qucaq-qucaq gətirib camışların arxasına tökürdü, qan-tər içində, lənət oxuyurdu mənə: "İttəki öləcəksən!" - deyirdi. - Sənə görə mən əbədiyyəti əldən vermərəm.

Səməd dedi:

- Sən kimisini öldürməklə əbədiyyətini itirməz Bağ. Bəs səncə niyə vurmurdu səni Omar ağa?

- Deyirdi səntəki adamların cəzası dərgahdan gəlir.

- Sən inanırdın buna?

- İnanırdım... Qəzəblənəndə Omar ağanın gözləri dəhşətli olurdu. Yaşıl¬təhər kül rəngindəydi gözləri. Qəzəblənəndə elə bir ağarırdı. Qorxurdum bir az. Bilirdim vurmaz, əmma qorxurdum.

- Niyə?

Bəy dedi:

- Bilmirəm.

- Bilirsən, Bəy! De!

Bünyad bəy anlaşılmaz hirslə:

- Başa düşmürəm, niyə soruşursan? - dedi. - Sənə ki, hər şey məlumdu hər şey!..

- Məsələn?
- Məsələn, Ulu Bağ ƏsƏlMən SağSan BağSar - "Süleyman", "Solomon" padşah deyiləndə mənə elə gəlirdi ki, bizim Yer, yurdla heç bir əlaqəsi olmayan, qədim, nağılvarı bir varlıq olub, ölüb gedib. Əmma İsa əfəndi, Məmməd ağa - filan (rusca danışanlar) hərdən "Solomon" deyəndə canıma üşütmə dolurdu. "Solomon" adı çox real, həm də doğma gəlirdi mənə, "Bibliya", "Quran"dan doğma görünəntəki. İstər-istəməz fikirləşirdim ki, axı bu Ulu Bağ ƏsƏlMən nəsli "Solomon" nəslidisə, mən bunlarla bir cəbhədə olmaq əvəzinə, niyə öldürürəm bunları?!

Səməd "hm" eləyib, qəmli-qüssəli soruşdu:

- İndi bildinmi kimsən?

Bəy bu sualdan heyrətləndi:

- Necə yəni "kimsən?"

Səməd dedi:

- Sadəcə, təhrif!.. Hər şeyi dərk edə-edə heç nə dərk etməyən qeyri-adi təhrif "ins", bədbəxt!.. Otuzuncu illərdə Qarayazı meşəsində "Zversovxoz" tikmək, "nutra" dərisi istehsal eləmək ideyası təzə-təzə ortalığa çıxırdı, əmma Omar ağa sənə deyirdi: "İt kimi öləcəksən!" Sən hiss eləyirdin ki, "Solomon" nəvəsi deyir bunu sənə! Ulu Bağ ƏsƏlMən SağSan BağSar "Süleyman" rütbələrini hiss eləməyən təhrif "Yevrey" təhrif "Solomon" rütbəsindən üşürgələnirdi.. Sən həqiqətən it kimi öləcəksən, Bəy! Bu heç. Başqa söhbət var.

De görüm, "Şəhriyar"dan sürgün olunan yüz bir Bağdan yüzünün yurdları Muğanlı, Muğlar, Muğan, OdƏsmən və sairə adlandığı halda, Musa babanın kəndi niyə Padişahlıq adlanırdı?

İndiki suallarıma dərhal, həm də yerli-yataqlı cavab versən, axşama qədər o itin iyindən öləcəksən, Bəy. Danış!

Bünyad bəy inlədi:

- Musa ağanın gizlin BağSar ağEy - AğEy Sarlarının Bağı olduğunu AğEy OdƏrlərinin hökmdarı olduğunu o vaxtkı Qazax mahalında heç kəs bilmirdi. Nəslin "Muğanna" adı altında gizləndiyini Məmməd xozeyinin xanımı, beş-altı adam bilirdi: "Məmməd xozeyinin xanımı Hilal, Omar ağanın oğlu Mustafa, qardaşı oğlu Xanbaba bilirdilər.

Xanbaba çox ayar, danışan-gülən, yeyən-içən adam idi. Arağı içər, əlini qoyardı qulağının dibinə, başlayardı oxumağa. Həmişə bircə bənd oxuyardı:

Dolayı-dolayı yolun olaydım1,

Ay qız,2 ağzındakı dilin3 olaydım.

Hamı gülürdü ki, bu Xanbaba niyə elə həmişə bu beyti oxuyur?

Kim idi bilən?

Xanbaba gizlin dərs dediyi cavanları başına yığıb qumar oynayırdı. "Əşi, heç bilmirəm məntəki belə sərdanənin kəndinin adını niyə Padişahlıq qoyublar? Biz hara, padşah hara?" Sonra da başlayırdı hündürdən hönkür-hönkür ağlamağa!

Bu cür "cavab"ıma bunu da əlavə eləyim ki, altıncı ildə mən Peterburqdan Bakıya gələndə "xeyli sonralar da Bakı qubernatorunun "Upravleniye po delam pereselensev" siyahasında kənd hələ "Padişaxlıq" adlanırdı. "Upravleniye"nin o vaxtkı gizlin rəisi Əlibəyova dedim: "BağSarı Arazın bu tayında camaatdan gizlədirsiniz. Bəs Arazın o tayında öz gizlin adlarını da gizlədib "BagOd", "Səfəvi", "Bəhayı", "Əmirli" adlanan Bağları gizlətməyi lazım bilmirsiniz?!"

Əlibəyov bilirdi ki, Birinci Aleksandrın zamanından qalan "soverşenno sekretnıy" departament materiallarının hamısı mənim beynimdə idi.

davamı
XS
SM
MD
LG