Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:30

Rafiq Tağının ailəsi həkimləri məhkəməyə verir


Rafiq Tağının dəfni
Gözlə
Embed

No media source currently available

0:00 0:01:30 0:00
Direct-ə keçid
Rafiq Tağını əməliyyat edən həkimlərdən biri Nizaməddin Əsgərov məhkəməyə veriləcəkləri haqda deyilənlərə münasibət bildirib:

«Biz nə deyə bilərik? Bu, onların şəxsi fikridir. Amma biz o xəstəyə başqalarından pis baxmamışıq».

Qaldı ki, Rafiq Tağının vaxtından tez reanimasiyadan palataya köçürülməsi ilə bağlı iradlara, həkim deyir ki, o, bu məsələdə səlahiyyət sahibi deyil:

«Mən kiməm ki? Buna şöbə müdirləri, baş həkimin müavinləri baxır. Vəziyyəti imkan verib ki, onu şöbəyə köçürüblər. Bizim onunla nə qərəzimiz olar bilərdi ki? Biz bütün xəstələrə eyni gözlə baxırıq. Ölməyəydi gərək».

***

Yazıçı-publisist Rafiq Tağı xəstəxanada öldüyündən işin istintaqı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb.

Noyabrın 26-da Baş prokuror və Daxili İşlər naziri istintaq-əməliyyat qrupunun hesabatını dinləyiblər. Qeyd olunub ki, cinayət işinin istintaqı prezidentin xüsusi nəzarətindədir.

***

Rafiq Tağının ailə üzvləri başda Səhiyyə naziri olmaqla 1 saylı Bakı Klinik Xəstəxananın baş həkimini, cərrahları və müalicə həkimlərini məhkəməyə verirlər.

Bunu noyabrın 26-da yazıçı-publisist Rafiq Tağının ölümünün 3 mərasimində qardaşı Alim Tağıyev jurnalistlərə deyib.

Alim Tağıyev həmçinin deyib ki, Rafiq Tağının həyat yoldaşı və övladları hələ də təhlükədədirlər. Ona görə də ailə üzvləri Avropa ölkələrindən sığınacaq istəyirlər.

Ailə üzvlərinə istintaqla bağlı heç bir məlumat verilmir. İstintaqçılar Rafiq Tağıya məxsus kompüteri aparıblar.

Jurnalistlər isə Rafiq Tağının bıçaqlanmamışdan əvvəl keçdiyi yerlərə (Rafiq Tağının yaşadığı evə yaxın dəmiryol ərazisinə) baxış keçiriblər. Məlum olub ki, onun keçdiyi yerlərdə 5 müşahidə kamerası olub. Ancaq Rafiq Tağının qardaşı deyir ki, polis ailəyə həmin müşahidə kameralarının işləmədiyini bildirib.

3 mərasiminə yığışanlar Rafiq Tağının qəbrini ziyarətə gediblər. Mərasimdə rəsmi şəxslərdən iştirak edən yoxdur.

Noyabrın 19-da Rafiq Tağını naməlum şəxs bıçaqlamışdı. O, çoxlu bıçaq yarası alsa da, əməliyyatdan sağ çıxa bilmişdi. Noyabrın 23-də isə yazar xəstəxanada keçinib.

Səhiyyə Nazirliyinin məlumatında isə deyilir ki, Rafiq Tağı döş qəfəsi və qarında çoxsaylı deşilmiş-kəsilmiş yaralar ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib:

«Cərrahi əməliyyatdan sonra reanimasiya şöbəsində aparılan intensiv kompleks müalicə nəticəsində xəstənin vəziyyəti stabilləşib və o, palataya keçirilib.

Lakin noyabrın 23-ü saat 14:50-də xəstənin vəziyyəti qəflətən pisləşib, kəskin tənəffüs çatışmazlığı və davamlı qusma baş verib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb».

Rafiq Tağı həm İran rejimi, həm də hakimiyyət əleyhinə tənqidi yazılarla tanınırdı.

Hüquq-mühafizə orqanları onun bıçaqlanması ilə bağlı indilik heç bir versiya irəli sürməyiblər.
XS
SM
MD
LG