Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:46

İranlı ayətullanın oğlu Rafiq Tağının qətlinə haqq qazandırır


Rafiq Tağının dəfnindən dərhal sonra yaxınları onun qəbri üstündə, 24 noyabr 2011
Rafiq Tağının dəfnindən dərhal sonra yaxınları onun qəbri üstündə, 24 noyabr 2011

Ayətulla Fazili Lənkəraninin oğlu Muhəmməd Cəvad Lənkərani yazıçı Rafiq Tağının öldürülməsini dəstəklədiyini bildirib. İranın rəsmi mediası bu barədə Muhəmməd Cəvad Lənkəraninin Azərbaycan xalqına müraciət olduğunu yazır.

Yazıçı Rafiq Tağı noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanmışdı. O, çoxlu bıçaq yarası alsa da, əməliyyatdan sağ çıxa bilmişdi. Noyabrın 23-də isə yazar xəstəxanada vəfat edib.

Rafiq Tağı həm İran rejimi, həm də hakimiyyət əleyhinə tənqidi yazılarla tanınırdı. 2006-cl ildə o, “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlu ilə birgə bu qəzetdə çap edilmiş “Avropa və biz” yazısına görə həbs olunmuş, amma bir neçə aylıq həbsdən sonra prezident fərmanı ilə əfv olunmuşdu.

Dindarlar bu yazını İslam dəyərlərinə təhqir kimi qiymətləndirmiş, İranda tanınmış dini xadim ayətulla Fazili Lənkəranı Rafiq Tağının ölümünə fətva vermişdi. Fazili Lənkərani 2007-ci ildə vəfat edib.

O zaman Ayətulla Fazili Lənkəraninin fitvası həm də qəzetin redaktoru Samir Sədaqətoğluna aid edilirdi. İndi əslən İrandan olan azərbaycanlı fəallar Sədaqətoğlunun da həyatına təhlükə ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Azərbaycan hüquq-mühafizə orqanları isə onun bıçaqlanması ilə bağlı indilik heç bir versiya irəli sürməyiblər.
XS
SM
MD
LG