Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:41

Əli Həsənov: «İran qonşu ölkələrlə ehtiyatlı olmalıdır»


Əli Həsənov
Əli Həsənov
«İranın bəyanatının heç bir əsası yoxdur».

Bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdiri bildirib ki, Azərbaycan xarici siyasətində, xarici ölkələrin müxtəlif təşkilatları ilə münasibətlərində qonşu ölkələrin maraqlarını daim nəzərə alır:

«Azərbaycan heç bir terror təşkilatı ilə və yaxud insanlığa qarşı hər hansı hərəkətləri olan təşkilatlarla əlaqələrə malik deyil. İran tərəfinin verdiyi bu bəyanatın heç bir əsası yoxdur. Azərbaycanı nədə günahlandırdıqları da heç bəlli deyil. Azərbaycanın xarici ölkələrlə sərhədləri kifayət qədər normal rejimdə işləyir. Açıq demokratik ölkə kimi istənilən ölkənin vətəndaşı Azərbaycana gəlir və normal keçir, yaxud burada yaşayır. Düşünürük ki, İran dövləti hazırkı durumda qonşu ölkələrlə bir az ehtiyatlı olmalı, ikitərəfli münasibətlərə uyğun hərəkət etməlidir».

Ə.Həsənov qeyd edib ki, bölgədə gədən proseslər Azərbaycana da təsir göstərir: «İranla Avropa və Amerikanın münasibətlərinin kəskinləşməsi Azərbaycana da təsir göstərəcək. Bölgədə konfliktin yaranması şübhəsiz ki, Azərbaycanın qonşu ölkələrlə münasibətlərinə də təsirsiz ötüşməyəcək».

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov fevralın 12-də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

İran Azərbaycanı İsrailin kəşfiyyat xidməti –MOSSAD-ın öz ərazisində İran əleyhinə fəaliyyət göstərməsinə şərait yaratmaqda ittiham edir. Bu ittihama görə, Azərbaycan İranın nüvə fiziklərinin qətlində əli olan terrorçuların ölkəyə maneəsiz gəliş-gedişinə imkan yaradıb. /apa/
XS
SM
MD
LG