Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:31

Quba hadisələrinə görə saxlananlara ağırlaşdırıcı maddələr irəli sürülüb


Quba, 1 mart 2012
Quba, 1 mart 2012
-
Bu il martın 1-də Quba hadisələrinə görə saxlanmış şəxslərə ağırlaşdırıcı maddələr irəli sürülüb.

Həmin şəxslər əvvəlcə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqda və ictimai qaydanı pozmaqda ittiham olunublar. İndi isə saxlananlar həmçinin zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqda, eləcə də hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə ittiham edilirlər.

Bundan əvvəl təqsirləndirilən şəxsləri 500 manat cərimə və maksimum 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyirdisə, sonradan elan olunan ittihamlarda 3 ildən 7 ilə qədər cəza nəzərdə tutulur.

Avqustun 28-də Quba rayon Məhkəməsində həmin iğtişaşlara görə təqsirləndirilənlərdən 8 nəfərin işi üzrə hazırlıq iclası keçirilib. Bir həftə əvvəl onlardan bir neçəsinin vəkili olmadığından iclas təxirə salınmışdı. İndi təqsirləndirilən şəxslərin hamısının vəkili var. Onlardan 7-si dövlət tərəfindən vəkillə təmin olunub, bir nəfər – Fərhad Abdurəhmanov isə özü ayrıca vəkillə müqavilə imzalayıb.

Həmin 8 nəfərdən yalnız 3-ü barəsində həbs-qətimkan tədbiri seçilib, digər 5 nəfərdən başqa yerə getməməklə bağlı iltizam alınıb.

Prosesdə iştirak edən jurnalist Cəmil Məmmədlinin AzadlıqRadiosuna verdiyi məlumata görə, iclasda istintaqın zərərçəkən kimi tanıdığı 25 polis əməkdaşından 19-u iştirak edib. Onlar Quba rayon polis şöbəsinin, Quba Regional Mühafizə Xidmətinin və Xaçmaz rayon polis şöbəsinin əməkdaşlarıdır. Zərərçəkmiş hesab edilən Qubanın sabiq icra başçısı Rauf Həbibov özü prosesdə iştirak etməyib, onu nümayəndəsi Vasif Həsənov təmsil edib.

MÜDAFİƏ İLƏ BAĞLI NARAHATLIQ
Quba, 1 mart 2012
Quba, 1 mart 2012

Yaxınlarından aldığımız məlumata görə, təqsirləndirilənlərdən biri - Fərhad Abdurəhmanov əvvəlki ittihamlarla özünü təqsirli bilsə də, sonrakı ittihamların heç birini qəbul etmir. O, sabiq icra başçısını söydüyünü, icra hakimiyyətinin binasına xəsarət yetirdiyini etiraf etsə də, polisə müqavimət göstərmədiyini və icra başçısının villasının yandırılmasında da iştirak etmədiyini deyib.

Jurnalist Cəmil Məmmədli deyir ki, təqsirləndirilən şəxslər özlərini ittiham olunduqları maddələrlə günahkar saymadıqlarını deyiblər. Onlar dövlətin təyin etdiyi vəkillərin onları müdafiə edib-etməyəcəyi barədə də sual ediblər.

Dövlət tərəfindən vəkillə təmin olunanların bəziləri müdafiələri sarıdan narahatdırlar. Onlar müstəqil vəkillə müqavilə imzalamağa isə imkansız olduqlarının deyirlər.

Təqsirləndirilən şəxslərdən Samir Xammədovun atası Valeh Xammədov deyir ki, dövlətin təyin etdiyi vəkil onlarla elə ilk gündən çox acıqlı danışıb:

«Tanış olan kimi də dövlət rüsumunun ödənilməsini istəyib. Çox acıqlı danışdı mənimlə, sonra bir təhər düzəlişdik».

Oğlunun həbsdə xeyli zəiflədiyini bildirən atanın dediyinə görə, o, ilk gündən indiyə qədər özünü günahsız
Əshabəli Mustafayev
Əshabəli Mustafayev
sayır.

8 nəfərin işi üzrə növbəti məhkəmə prosesi sentyabrın 10-da olacaq

AĞIRLAŞDIRICI İTTİHAMLAR GÖZ QORXUTMAQ ÜÇÜNDÜR

Ağırlaşdırıcı ittihamlar hələ məhkəməsi başlamayan digər təqsirləndirilən şəxslərə qarşı da elan edilib. YAP üzvü, rayon Olimpiya Kompleksinin hakim-inspektoru Akif Əliyevin vəkili Əshabəli Mustafayevin AzadlıqRadiosuna dediyinə görə, avqustun 25-də onun müdafiə etdiyi şəxsə də eyni ittihamlar irəli sürülüb.

Vəkil ağırlaşdırıcı ittihamların irəli sürülməsini yalnız insanların gözünün qorxudulması kimi qiymətləndirir:

«Bu, yalnız camaatın gözünü qorxutmaqdır, başqa nə ola bilər ki? Yəni, bir də belə iş görməyin, yoxsa hamınızı həbs edərik. Mənim müdafiə etdiyim şəxs YAP üzvüdür, hələ də niyə görə həbs olunduğunu bilmir. Oturub-durub prezidentə dua edir. Deyir prezidentin yolunda 10 il də həbsdə qalmağa hazıram. Amma başa düşmürəm ki, niyə məni tutublar».

Quba, 1 mart 2012
Quba, 1 mart 2012
MƏHKƏMƏ NƏ QƏRAR QƏBUL EDƏCƏK, ONUN İŞİDİR

Quba hadisələrində təqsirləndirilən Səfər Qəribova qarşı da ağırlaşdırıcı ittihamlar irəli sürülüb. Onun vəkili Səfər Hüseynov istintaqın belə bir səlahiyyətə malik olduğunu deyir, həm də məhkəmədən ədalətli qərar gözləyir:

«İndi istintaq belə qərara gəlib ki, həmin şəxslərə qarşı əlavə ittiham irəli sürülməlidir. İndi məhkəmə nə qərar qəbul edəcək, o məhkəmənin işidir».

Quba hadisələri ilə əlaqədar ümumilikdə 30 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onlardan 12-si həbs edilib, 18-indən isə başqa yerə getməmək haqqında iltizam alınıb. Həbs olunanların 2-si Qubadakı «Xəyal» televiziyasının əməkdaşlarıdır.

Bu il martın 1-də Qubada icra hakimi Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Dinc aksiya bir qədər sonra icra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun evinin yandırılması ilə sona çatıb. Etirazlara isə Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirlər səbəb olub. Sosial şəbəkələrdə yayılan həmin çıxışı rayon sakinləri özlərinə təhqir kimi qiymətləndiriblər.

Aksiyadan bir gün sonra prezident Rauf Həbibovu vəzifəsindən azad edib.
XS
SM
MD
LG