Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:40

Quba hadisələrinə görə təqsirləndirilənlərə 5-6 il iş istənildi - [Video]


Quba hadisələrinə görə təqsirləndirilənlərə 5-6 il iş istənildi
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

Quba hadisələrinə görə təqsirləndirilənlərə 5-6 il iş istənildi

-

Dekabrın 5-də Quba rayon Məhkəməsində 1 mart - Quba hadisələri ilə əlaqədar təqsirləndirilənlərdən 8 nəfərinin məhkəməsi keçirilib.

Dövlət ittihamçısı Roza Şıxəliyeva Fərhad Abdurrəhmanovun 6 il, Samir Talıbovun 5 il, Alxaz Dənyalovun 5 il, Mətləb Dadaşovun 5 il, Sərvin Çobanovun 5 il, Murad Zakirovun 5 il, Səxavət Ələsgərovun 5 il 3 ay, Samir Xammədovun 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Həmçinin təqsirləndirilənlərdən zamində olan 5 nəfərin həbs olunmasını istəyib.

Məhkəmədə iştirak edən Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi hakimdən humanist qərar çıxarılmasını, təqsirləndirilənlərin gənc yaşda olmasının nəzərə alınmasını istəyib.

Növbəti proses dekabrın 11-i saat 12-yə təyin olunub.

Quba hadisələrinə görə təqsirləndirilən şəxslər əmlakı qəsdən məhvetmə, ictimai qaydanı pozma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddələri ilə ittiham olunurlar. Təqsirləri sübuta yetirilərsə, onları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Quba hadisələri ilə əlaqədar 30 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 12-si həbs edilib, 18 nəfər barəsində başqa yerə getməməklə bağlı iltizam alınıb. Zərərçəkənlər əsasən polislərdir.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.

XS
SM
MD
LG