Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:32

Səməd Seyidov: Christoph Strässer-in hazırladığı sənəd əsas deyil


Səməd Seyidov
Səməd Seyidov
-

«Azərbaycan Christoph Strässer-in hazırladığı məruzə ilə deyil, Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin hazırladığı monitorinqi əsas sənəd hesab edir. Odur ki, bir sıra KİV orqanlarında Christoph Strässer-in siyasi məhbuslarla bağlı hazırladığı siyahıdan kimlərinsə çıxarılması məlumatları həqiqətə uyğun deyil».

Bunu jurnalistlərə açıqlamasında AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri deputat Səməd Seyidov deyib.

Onun sözlərinə görə, Christoph Strässer-in hazırladığı siyahı ilə Monitorinq Komitəsinin hazırladığı siyahıdakı adlar üst-üstə düşə bilər:

«Azərbaycan onun hazırladığı məruzə ilə işləyə bilməz, çünki onun məqsədləri başqadır. Biz Monitorinq Komitəsinin hazırladığı məruzə ilə konstruktiv işləyirik».

QIŞ SESSİYASINA HAZIRLAŞAN QÜVVƏLƏR

S. Seyidov onu da vurğulayıb kİ, Ermənistan tərəfi hər zaman olduğu kimi Azərbaycana qarşı qərəzli mövqe göstərəcək:

«Ermənistan tərəfi Azərbaycanla bağlı məsələdə hər zaman bizə qərəzli mövqe nümayiş etdirməyə cəhd edir. Əminəm ki, qış sessiyasında ermənilər Azərbaycana qarşı bizi istəməyən qüvvələrlə birləşib, ölkəmizə qarşı fəaliyyət göstərəcəklər. Azərbaycanla bağlı hazırlanan sənəddə ilk dəfə olaraq Dağlıq Qarabağ məsələsi öz əksini tapdığına görə ermənilər daha aktiv fəaliyyət göstərəcəklər. Onlar sənədə ciddi müdaxilə edə bilmədiklərinə görə, Dağlıq Qarabağla bağlı hansısa alternativ sənədi ortaya qoyması qaçılmazdır. Buna görə də onların ortaya alternativ sənəd çıxaracaqları istisna deyil. Ancaq unutmaq lazım deyil ki, Monitorinq Komitəsinin hazırladığı məruzə Avropa Şurası tərəfindən gedir, ermənilər tərəfindən hazırlanan sənəd isə ermənilər tərəfindən gedir».
XS
SM
MD
LG