Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:33

Çovdarov nazir müşavirindən də 2 milyon manat alıb?


"MTN işi". İllüstrasiya. Gündüz Ağayev.
"MTN işi". İllüstrasiya. Gündüz Ağayev.

"Çingiz gecə vaxtı zəng elədi, dedi ki, tez pul gətir. Mən də bir qara çamadana yığdım, apardım. Sonra bildim ki, bu pul Çovdarova çatmalıydı. Pulu Çingizin kürəkəni Mübarizə verdim”.

Təxminən bir il öncəyədək nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin evindən 800 min manatlıq qızıl-brilyantın oğurlanması ilə bağlı məhkəmədə ilginc iddia ortaya çıxıb. Baxşıyevin qızılları ələ keçirməkdə suçladığı qohumu Rövşən Əhmədov deyib ki, həbsdə olan MTN generalı Akif Çovdarov nazir müşavirindən də iki milyon manat alıbmış.

Buna da bax:​ General zərərçəkənləri 'leşyeyən qarğa' adlandırdı

“Bir müddət sonra...”

Rövşən Əhmədov ötən ilin aprelindən həbsdədir. Martın 9-dakı məhkəmə iclasında onun həyat yoldaşı Xanım Əhmədova da ifadə verərək bildirib ki, qohumları olan Çingiz Baxşıyev illər uzunu milyonlarla pulunu, qızıl-zinət əşyalarını onların evində saxlayıb. Elə axırıncı dəfə də qızının toyu ilə əlaqədar evinə çox get-gəl olacağını nəzərə alaraq, həyat yoldaşına təklif edib ki, qızıl-zinət əşyalarını sahibinə qaytarsın: “Rövşən də aparıb verdi. Toy günü də Çingiz Rövşənə zəng edib demişdi ki, yoldayıq gəlirik. Restorana Çingizin kürəkəni Mübariz gəldi və dedi ki, "Çingiz müəllimin vəziyyəti ağırlaşıb, mədəsindən qan açılıb". Bu hadisədən sonra Rövşən bir neçə dəfə Çingizin yanına getsə də, onu görə bilməmişdi. "Yaxşıdır" deyib yoldan qaytarmışdılar. Sonra görüşmüşdülər. Çingiz xaricə gedib-gəldi. Bir müddət sonra aqressiv şəkildə Rövşəni yanına çağırdı...".

“Bu qədər pulu ancaq o yolla qazanmaq olardı...”

Şahidin sözlərinə görə, sabiq nazir müşaviri və yaxınları qızılların bir hissəsinin yoxa çıxdığını iddia edib: “Çingiz Rövşənə deyib ki, qızılları arvadın götürüb. Onların evinə zəng elədim, Çingizin arvadı mənə dedi ki, Rövşəni itirmək istəmirsənsə, qızılları gətirib qaytarın. Rövşən onlara demişdi ki, arvadım belə şey eləməz, ziyarət adamıdır”.

Buna da bax: Çovdarov məhkəməsinin qəribə zərərçəkənləri...

“Belə qənaətə gəlmişəm ki...”

Xanım Əhmədova da, əri Rövşən Əhmədov kimi, Çingiz Baxşıyevi narkotik alverində suçlayıb. Prokurorun “siz narkotik görmüsünüzmü" sualını şahid belə cavablayıb: “Narkotiki görməmişəm, amma belə qənaətə gəlmişəm ki, bu qədər pulu ancaq o yolla qazanmaq olar".

Xanım Əhmədova keçmiş nazir müşavirinin Akif Çovdarova külli miqdarda pul verdiyini də deyib. Şahid bildirib ki, bunu həyat yoldaşı Rövşəndən eşidib.

Rövşən Əhmədov da həyat yoldaşının söylədiyini təsdiqləyib: "Çingiz gecə vaxtı zəng elədi, dedi ki, tez pul gətir. Mən də bir qara çamadana yığdım, apardım. Sonra bildim ki, bu pul Çovdarova çatmalıydı. Pulu Çingizin kürəkəni Mübarizə verdim”.

Rövşən Əhmədovun iddiasına görə, söhbət iki milyon manatdan gedir.

Buna da bax:​ Çovdarov: 'Prokurorluq oğlumdan rüşvət istəyib...'

Martın 15-də keçiriləcək növbəti məhkəmədə Çingiz Baxşıyevin həyat yoldaşı və kürəkəni dindiriləcək.

İttihamla razılaşmır

Rövşən Əhmədov ittihamla razılaşmır. Bildirir ki, qızıl-brilyantla dolu bağlamaları elə olduğu kimi aparıb Baxşıyevin kürəkəni Ayaza verib: “Çingizgilə aparmışdım, qapılarına çatanda dedi ki, apar, qızımgilə ver. Mən də Fatma adlı qızı var, onlara apardım. Qapını kürəkəni Ayaz açdı. Zəng eləyib soruşdum ki, Ayaza verim? Dedi ki, ver, mən də verdim. İki aydan sonra məni çağırıb ki, qızılların bir hissəsi yoxdur...”.

XS
SM
MD
LG