Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:40

'Azərbaycanla bağlı rüşvət iddiaları araşdırılsın'


Bakıdan əcnəbiləri susdurma əməliyyatı. Karikatura
Bakıdan əcnəbiləri susdurma əməliyyatı. Karikatura

Bu həftə Avropanın ən yaşlı insan haqları qurumlarından olan Avropa Şurasına antikorrupsiya təhqiqatlarının başladılmasıyla bağlı daha bir çağırış edilib. Böyük Britaniyanın «The Guardian» qəzetinin müxbiri Jennifer Rankin çağırış edənlərin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təcrübəsi olan şəxslər olduğunu qeyd edir. Onlar qəzetə AŞPA üzvlərinin Azərbaycanla bağlı səsverməyə görə rüşvət aldıqlarına inandıqlarını söyləyiblər.

Bu şəxslərdən biri keçmiş azərbaycanlı diplomat Arif Məmmədovdur. O iddia edir ki, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvünə lobbiçilik fəaliyyətinə xərcləməyə 30 milyon avro (25 milyon funt-sterlinq) verilibmiş. «Nümayəndə heyətində hər kəs bu rəqəmi eşitmişdi. Söylənirdi ki, bu pul AŞPA üzvlərinin satın alınmasına nəzərdə tutulub», – keçmiş diplomat qəzetə deyib.

64 DEPUTAT QƏTNAMƏNİ İMZALAYIB

AŞPA-nın İsveçdən olan üzvü Tobias Billström-un sözlərinə görə, qurumun «çox etibarlı üzvləri» ona səs verməkdən ötrü onlara rüşvət təklif olunduğunu deyiblər. Billström məsələnin müstəqil araşdırılmasına çağıran qətnaməni imzalayan 64 deputatdan biridir. Qətnamədə «Azərbaycanla bağlı səsvermədə ciddi pozuntulara dair etibarlı iddialar»ın araşdırılması tələb olunur.

***Buna da bax-İtalyan deputata ödənən pulun prezident ailəsi ilə əlaqəsi üzə çıxır

Məqalə müəllifi Azərbaycanın «kürü diplomatiyası» haqda deyilənləri xatırladır. Avropa Sabitlik Təşəbbüsü hələ 2012-ci ildə bu haqda hesabat açıqlayıb. Amma italiyalı deputat Luca Volontè ilə bağlı təhqiqat başlananda məsələ yenidən gündəmə gəlib. Deputat Azərbaycandan 2.39 milyon avro rüşvət alaraq Avropa Şurasında bu ölkənin hökumətini dəstəkləməkdə suçlanır. Bir neçə günə onun məhkəməsi başlamalıdır.

AŞ deputatlarının 1/5-i yanvarda bu məsələni təcili araşdırmağa çağırdılar, amma AŞPA liderləri rəhbərliyi mart görüşündə bir qərara gələ bilmədi.

Müəllif yazır ki, Assambleya prezidenti Pedro Agramunt-a bu yöndə təzyiqlər yüksəlir. Bu ayın sonunda AŞPA yenidən toplanır və yenə təhqiqatın başladılması çağırışları səslənəcək.

Luca Volonte
Luca Volonte

STRӒSSER DƏ MƏSƏLƏDƏN XƏBƏRDARMIŞ

Tənqidçilərin fikrincə, Azərbaycan AŞPA-dan prezident İlham Əliyevin avtoritar idarəçiliyinə qanuni don geyindirməkdən ötrü faydalanırlar. 2013-cü ildə deputat Christoph Strässer-in siyasi məhbuslarla bağlı hesabatı 125-79 səs çoxluğuyla rədd olunub və italyan deputat Volontè-nin bu işin təşkilində əsas rol oynadığı bildirilir.

***Buna da bax-'Kürü Diplomatiyası: Nə qədər almısız?'

Strӓsser qəzetə deyib ki, Azərbaycanın pul payladığını bilirmiş, amma səslərin satın alınmasına dəlili yoxmuş. O da etibarlılıq baxımından təhqiqat aparılmasını istəyir: «Bu qurumlar daxilində korrupsiyanın mövcudluğu və bunun gözardı olunmasıyla bağlı hər hansı şübhə varsa, bu, Avropa Şurasının sonunu gətirər».

Norveçin keçmiş baş naziri, hazırda Avropa Şurasının baş katibi Thorbjørn Jagland da Agramunt-u müstəqil təhqiqat aparılmasını şəxsən təmin etməyə çağırıb. Bu, AŞ rəhbərliyi tərəfindən əvvəllər görünməmiş bir çağırış sayılır.

DEPUTAT ŞƏRTLƏRİ DƏ HAZIRLAYIB

Deputat Billström-un fikrincə, ortada bu qədər ciddi iddialar varkən, AŞ-nın müstəqil təhqiqatla bağlı çağırışları rədd etməsi mümkünsüzdür. O, Assambleyadakı həmkarlarını aparıcı üzv Wojciech Sawicki-nin hazırladığı «çox yaxşı» təklifləri qəbul etməyə çağırıb. Sawicki müstəqil təhqiqatın şərtlərini hazırlayıb.

***Buna da bax-Səməd Seyidov: '600 nəfərdən biri deyir ki, Azərbaycan pisdir...'

Agramunt-un sözçüsü isə qəzetə deyib ki, Assambleyadakı beş siyasi qrupun liderləri Sawicki-nin hesabatının yenilənmiş versiyasını hazırlayırlar, çünki hesabat indiki formasında tətbiq edilə bilməz.

«Cənab Agramunt həmin siyasi liderlərin işinə qarışmayacaq. O, bəzi QHT-lərin, lobbilərin, media və maraqlı qrupların deputatların işinə təzyiqini də qəbul etməyəcək», – deyən sözçü AŞPA-nın belə təhqiqat aparmağa hüquqi səlahiyyəti olmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri «kürü diplomatiyası», avropalı deputatların satın alınmasına dair deyilənləri indiyədək təkzib edib. İtalyan deputat barədə ölkəsində başladılan təhqiqatla bağlı isə nəticələri gözləməyi məsləhət görürlər.

XS
SM
MD
LG