Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:49

Cəlilabad sakini: 'Əliuşaqlı çölə atıblar, indi də çörəkpulunu kəsirlər'


Arxiv fotosu
Arxiv fotosu

"Boşanmışam. Uzun müddətdir ki, məhkəmə cehizlərimin, qızıl əşyalarımın qaytarılması, alimentimin ödənilməsi ilə bağlı qərar çıxarıb. Ancaq cavabdeh tərəf bu qərarı yerinə yetirmir. İcra məmurları isə sanki icra şöbələrində oturub milçək tutmaqla məşğul olurlar. Bir məhkəmə qərarı icra olunmayacaqsa, o məhkəmə, o icra şöbələri nəyə yarayır?"

Bu sualı ədliyyə naziri Fikrət Məmmədova yazdığı müraciətində 36 yaşlı Gülər Xudaverdiyeva verir.

Gülər xanım ədliyyə nazirinə ünvanladığı məktubun bir nüsxəsini AzadlıqRadiosu-nun "Qaynar xətt"inə göndərib.

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

“BU UŞAĞI TƏKBAŞINA NECƏ BÖYÜDÜM?”

Cəlilabad sakini yazır ki, 6 il əvvəl Maşlıq kəndindən Xəlilliyə gəlin köçüb. 1 il sonra qız övladı doğulub. 4 il əvvəl ailə münaqişələrinə görə həyat yoldaşından rəsmi ayrılıb. Cəlilabad rayon məhkəməsi azyaşlı övladına görə hər ay 93 manat aliment ödəməsini qarşı tərəfin üzərinə öhdəlik kimi qoyub. Gülər xanım 9 aydır ki, keçmiş ərinin aliment ödəmədiyini iddia edir:

"Məhkəmə qərarından sonra keçmiş ərim hər ay aliment ödəyirdi, ancaq 9 aydır ki, alimenti dayandırıb. İcra məmurları şöbəsinə gedib-gəlməkdən xəcalət çəkirəm. Ancaq icra məmurları xəcalət çəkmirlər. Hər dəfə mən tələblə üstlərinə gedəndə, müxtəlif bəhanələr uydururlar. Son sözləri də bu oldu ki, guya keçmiş ərim yaşadığı ünvandan yoxa çıxıb. Halbuki, adam Xəlilli kəndindəki evindədir. İcra məmurları məni göz görə-görə intihara çəkirlər. Mən bu uşağı təkbaşına necə böyüdüm? İncitdilər, yola vermədilər, əliuşaqlı çölə atdılar, indi də yetimin çörəkpulusunu kəsirlər".


Buna da bax:​ Deputat: 'Azərbaycanda aclıqdan əziyyət çəkən görməmişəm'

Cəlilabad rayon məhkəməsi tərəfindən verilmiş 2(073)-934/2013 saylı icra vərəqəsinə görə, Gülər xanımın keçmiş ərinin evində qoyub çıxdığı müxtəlif adda cehiz və qızıl əşyaları da hələ özünə qaytarılmayıb.

Cəlilabad sakini ədliyyə nazirindən məhkəmə qərarının icra olunması üçün Cəlilabad rayon icra məmurlarına tapşırıq verməsini istəyib.

CAVABDEH AXTARIŞA VERİLƏ BİLƏR?

Cəlilabad rayon icra şöbəsindən "Qaynar xətt"ə bildirilib ki, G. Xudaverdiyevanın iddiası əsasında çıxarılmış məhkəmə qətnaməsinin icrası üçün cavabdeh tərəfin yaşadığı ünvana dəfələrlə getsələr də, cavabdehi tapa bilməyiblər. Qanunvericiliyin qoyduğu müddət bitəndə cavabdehin axtarışa verilməsindən ötrü aidiyyəti qurumlara müraciət olunacaq.


Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

Hüquqşünas Namizəd Səfərov deyir, rayon icra şöbələrində icrasını gözləyən minlərlə məhkəmə qərarı var:

"İllərdir ki, icra məmurları yalnız hökumətin marağında olan məhkəmə qərarlarını sifarişli icra etməklə məşğuldular. Sadə vətəndaşların xeyrinə olan icra vərəqələri saralıb çürüyür, ancaq icra olunmur. İcra vərəqələrinin icrasız qalması üçün icra məmurlarının qanunvericilikdə cəzası ciddiləşdirilməlidir".

Hüquqşünas deyir, icra məmurunun vəzifəsinə icraata daxil olmuş məhkəmə sənədlərini vaxtında tam və düzgün icra etmək daxildir. İcra məmuru vəzifəsini icra etmədikdə, icra məmurlarınin və məhkəmə icraçılarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər.

XS
SM
MD
LG