Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:31

Ərdoğanla Putinin mehriban düşmənçiliyi – Qərb mediası


Vladimir Putin (solda) və Receb Tayyib Ərdoğan
Vladimir Putin (solda) və Receb Tayyib Ərdoğan

Geosiyasi gərginliyə rəğmən Ankara və Moskvanın enerji münasibətləri 2016-cı ildən bəri sabit qalıb

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin bəzən yaxın strateji tərəfdaşa, bəzən də regional düşmənlərə çevrilirlər. “Politico” dərgisi bu iki ölkəni “mehriban düşmənə çevirən əsas məqamlardan yazır.

Ərdoğan hazırda Rusiya- Ukrayna danışıqlarına vasitəçilik etməyə çalışır. Dolmabahçe Sarayında iki ölkə təmsilçilərini şəxsən qarşılayıb. NATO üzvü Türkiyə Ukraynadakı münaqişəyə “müharibə” deyir, Rusiya hərbi gəmilərinin Qara dənizdən keçməsini önləyib, Ukraynaya Bayraktar dronları satır. Digər tərəfdənsə, Rusiyaya qarşı sanksiyalara qoşulmamaqla Kiyevi qıcıqlandırıb. Ərdoğanın sözçüsü İbrahim Kalın deyib ki, dünya “Rusiya ilə körpüləri yandıra” bilməz.

“Avtokratlar yaxşı tapışırlar”

Xarici Əlaqələr Şurasının aparıcı əməkdaşı Stiven Kuk Türkiyənin son 10 ildə ABŞ-la münasibətlərindən çox narazı qaldığını deyir. İndi isə Rusiya yaxşı alternativ kimi görünür. “Onların çox yaxşı işgüzar münasibətləri var”, – təhlilçi vurğulayır.

İki liderin Türkiyədə 2016-cı il dövlətə çevriliş cəhdindən sonra şəxsən yaxınlaşdığı bildirilir. “Hətta Ərdoğanı rusların xəbərdar etməsilə bağlı şayiələr yayılmışdı”, – Brukinqz İnstitutunun aparıcı əməkdaşı, professor Kemal Kirişçi deyib.

“Onun Qərblə münasibəti pisdən də pisə çevrilib. Avtokratlar isə yaxşı tapışırlar”, – Kirişçi söyləyib.

Qarabağ

Məqalədə deyilir ki, Krım tatarları, Qara dənizdə təhlükəsizlik, eləcə də Azərbaycanın Qarabağ regionu Ərdoğanla Putinin münasibətlərində “tikan” kimi görünür.

Rusiya və Türkiyə Qarabağda əks tərəfləri dəstəkləyir. Türkiyənin Azərbaycana satdığı Bayraktar dronları 2020-ci ilin 44 günlük müharibəsində az rol oynamayıb. Rusiyanın isə Ermənistanla dərin əlaqələri mövcuddur, eyni havadan müdafiə sistemindən istifadə edirlər, Moskvanın başçılıq etdiyi KTMT üzvüdürlər.

Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

“Onlar münaqişədə əks tərəflərdə olsalar da, Türkiyənin dəstəklədiyi qüvvələr müharibədə üstünlük qazansalar da... atəşkəsi təmin etməyin yolunu tapdılar. İki lider ziddiyyətləri yoluna qoya bildilər, münasibətin pozulmasına imkan vermədilər ”, – Kuk deyir.

Suriya və kürd məsələsi də Rusiyayla Türkiyənin əks mövqedə olduğu cəbhələrdir, ancaq burada da əməkdaşlığın yolunu tapıblar. Liviyada isə hər iki ölkə iqtisadi mənfəətə ümid edir.

Enerji əməkdaşlığı

Geosiyasi gərginliyə rəğmən Ankara və Moskvanın enerji münasibətləri 2016-cı ildən bəri sabit qalıb. Türkiyə Rusiya üçün böyük bazardır, 2005-ci ildən Qara dənizdən keçən Mavi Axın kəmərilə qaz alır, təbii qazın 45 faizini Rusiyadan idxal edir. Ərdoğanla Putin TürkAxını kəmər layihəsi, eləcə də Moskvanın dəstəklədiyi Akkuyu nüvə enerjisi zavodu sazişlərini imzalayıblar.

Enerji nazirinin müavini Alparslan Bayraktar Türkiyənin Rusiyadan neft-qaz almağa davam edəcəyini deyib. Amma Avropa Rusiyadan enerji idxalını azaltmağa çalışır. “The Politico” bu halda Türkiyənin Azərbaycan, yaxud İsraildən potensial alternativ təchizat marşrutlarının önünə çıxacağını yazır.

Rusiya fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Beynəlxalq ictimaiyyət bu hücumu pisləyib və Moskvaya sərt maliyyə sanksiyaları tətbiq edib.

XS
SM
MD
LG